Ölkəyə qanunsuz dərman gətirilməsinin qarşısı alınıb - FOTOLAR
Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında qanunsuz yolla gətirilən xeyli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb.
Komitədən KONKRET.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı-Qazax istiqamətində hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil Yevlax şəhəri ərazisində saxlanılıb və Yevlax gömrük postuna gətirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa oturacaqlarının üstündə iki ədəd karton qutuda olan müxtəlif markalı dərman vasitələri – 43 526 həb, 80 ədəd iynə, 106 flakon, 177 ədəd maye, 588 ampul, 148 ədəd məlhəm, 464 ədəd krem, 135 ədəd gel və 120 ədəd iynə başlığı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar