Ölüm diaqnozu qoyulan azərbaycanlı uşaq Türkiyədə xilas edildi - FOTO

Ölüm diaqnozu qoyulan azərbaycanlı uşaq Türkiyədə xilas edildi - FOTONadir xəstəliklərdən olan Niman-Pikdən (toplanma xəstəliyi) əziyyət çəkən və Türkiyədə əməliyyat olunan 13 yaşlı azərbaycanlı Dəniz Hümbətovun səhhətində irəliləyiş var.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünyanın bir çox ölkəsində ölüm diaqnozu qoyulan yeniyetmənin həyatı professor Ümid Özçelik tərəfindən orqan transplantasiyası əməliyyatı ilə xilas edilib.
Anadangəlmə Niman-Pik xəstəliyi olan Dənizə bu diaqnoz 1 yaşında qoyulub. Həkimlərin 13 il 6 ay ömür vəd etdiyi Dəniz dünyanın bir çox həkimlərinin müayinəsində olub. Vəziyyəti getdikcə pisləşən və süni nəfəs aparatına qoşulan oğlanda ağciyər, qaraciyər və dalaq problemləri yaranmağa başlasa da, həkimlərin heç biri əməliyyata razı olmayıb.
Azərbaycanlı ailə son ümid kimi İstanbulda özəl xəstəxanalardan birinə müraciət edib. Dünyada cəmi 9 uşaqda tapılan bu genetik xəstəlikdən indiyədək qurtulan olmayıb. Ailəsi son şans olaraq Özçeliyin Dənizi əməliyyat etməsinə razılıq veriblər. Qaraciyər köçürülən və dalağı götürülən Dəniz səhhətinə qovuşub.
2015-ci ilədək Niman-Pik xəstəliyi üçün orqan köçürülməsi uyğun hesab edilməsə də, Dəniz əməliyyatla ölümdən xilas edilən ilk uşaq olub. Artıq 3 aydır süni nəfəs aparatından istifadə etməyən oğlan yaşıdları kimi normal həyata qayıdıb.
Ana Aidə Hümbətova oğlunun xəstəliyini öyrəndikdən sonra 12 ildir üzünün gülmədiyini, ancaq İstanbuldakı həkimlərin sayəsində ailəvi olaraq sevindiklərini bildirib. O, insanları uşaqlar ölməsin deyə orqan bağışlamağa da çağırıb.
Qeyd edək ki, Niman-Pik xəstəliyi zamanı sfinqomielaza fermentinin defisiti nəticəsində hüceyrələrdə sfinqolipidlərin toplanması müşahidə olunur və çox vaxt korluğa, karlığa, ölümə gətirib çıxarır.
Onu da bildirək ki, Dəniz Hümbətov Aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadənin qardaşıdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 04 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler metbuat xeberleri valyuta