Oman XIN başçısı Azərbaycanın strateji coğrafi mövqeyinin əhəmiyyətini vurğulayıb
Azərbaycanın strateji coğrafi mövqeyi logistika və nəqliyyat sahələrində geniş imkanlar yaradır.
azxeber.com xəbər verir ki, Oman Sultanlığın xarici işlər naziri Bədr əl-Busaidi bunu Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə bildirib.
Görüşdə Azərbaycanın Oman Sultanlığında səfirliyinin açılmasının ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına imkanlar yaratdığı qeyd edilib. İki ölkənin Xarici İşlər və İqtisadiyyat nazirlikləri arasında təmasların əhəmiyyəti də diqqətə çatdırılıb.
Sahibə Qafarova qanunverici orqanlar arasında əməkdaşlığın yüksək qiymətləndirildiyini, parlament diplomatiyası vasitəsilə qarşılıqlı dəstəyin davamlılığının təmin edilməsi istiqamətində ardıcıl səylərin göstərildiyini bildirib. Milli Məclis sədri vurğulayıb ki, Azərbaycan və Oman sülhpərvər dövlətlərdir və sabitliyin qorunmasına və qarşılıqlı əməkdaşlığın inkişafına xüsusi önəm verirlər. Bu baxımdan iki ölkə arasında əlaqələrin inkişafı həm məntiqli, həm də zəruri xarakter daşıyır.
Görüşdə humanitar əməkdaşlıq məsələləri də müzakirə edilib. Bu çərçivədə Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanın bu ölkəyə səfərinin mədəni əlaqələrin, humanitar əməkdaşlığın müzakirəsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Milli Məclisin sədri Oman Sultanlığına rəsmi səfəri çərçivəsində Oman Sultanlığı Dövlət Şurasının sədri Şeyx Əbdülməlik Al Xəlili ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında dostluq, qarşılıqlı hörmət və anlayışa əsaslanan ikitərəfli münasibətlərin mövcudluğu vurğulanıb.

Turlar.az [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər