Ombudsman ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab verib

Ombudsman ATƏT-in tədbirində Ermənistan nümayəndəsinin iddialarına tutarlı cavab veribAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Azərbaycanın sədrliyi ilə keçirilən Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda Ermənistan nümayəndə heyətinin üzvünün əsassız arqumentlərinə tutarlı cavab verib.
Azxeber.com xəbər verir ki, Səbinə Əliyeva bütün beynəlxalq humanitar hüquq normaları və insan hüquqlarına zidd şəkildə Ermənistanın qəsdən qadağan olunmuş "SCUD", "Smerç", "İsgəndər-M" və digər ballistik raketlərdən, kasetli bombalardan istifadə etməklə mülki əhalinin sıx yaşadığı şəhər və rayonları intensiv şəkildə bombardmana məruz qoyduğunu, nəticədə mülki şəxslər arasında ölüm və yaralanma hallarının, habelə kütləvi dağıntıların baş verdiyini bildirib.
Ombudsman müharibə zamanı və sonrakı dövrlərdə müharibədən zərər çəkmiş ərazilərə baş çəkərək, Ermənistanın törətmiş olduğu müharibə cinayətlərinin nəticələri ilə yerində tanış olduğunu, bu cinayətlərin qurbanları ilə görüşdüyünü, beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının bilavasitə şahidi olduğunu vurğulayıb.
O, habelə Ermənistanın 1992-ci ilin 26 fevral tarixində mülki şəxslərə qarşı insanlıq tarixində misli görünməmiş Xocalı soyqırımını törətdiyini, nəticədə çox sayda mülki şəxslərin, o cümlədən qadın, uşaq və qocaların amansızcasına etnik zəmində qətlə yetirildiyini Forum iştirakçılarının diqqətinə çatdırıb.
Ombudsmanın müharibə dövründə erməni hərbi əsirlərə baş çəkərək onların saxlanma şəraiti ilə tanış olduğu, fərdi qaydada qəbul etdiyi, müraciətlərini dinlədiyi, onların ailə üzvləri ilə həm telefon, həm də məktub vasitəsi ilə əlaqə saxlamalarına yardım edildiyi, öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktlarının təqdim olunduğu, lakin Ermənistan Ombudsmanının Ermənistanda saxlanılan azərbaycanlı hərbi əsir və girovların vəziyyətləri ilə bir dəfə də olsun maraqlanmadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Ombudsman Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxslərin taleyi ilə bağlı indiyədək onların ailə üzvlərinə məlumat verilməməsinin beynəlxalq humanitar hüquq normalarına zidd olduğunu, bununla Ermənistan tərəfinin ailə həyatına hörmət hüququnun, habelə münaqişə tərəflərinin itkin düşmüş şəxslərin axtarışı, onlarla bağlı məlumatların mübadiləsi sahəsində əməkdaşlıq etmək öhdəliyini pozduğunu qeyd edib.
S.Əliyeva Ermənistanın 30 il ərzində işğal altında saxlanılmış Azərbaycan torpaqlarında kütləvi şəkildə minalama prosesi həyata keçirdiyini, Ermənistan tərəfinin hələ də dəqiq mina xəritələrini verməkdən boyun qaçırmasının beynəlxalq humanitar hüquq pozuntusu olduğunu vurğulayıb.

Siyasi       Tarix: 27 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

SOCAR beynəlxalq şirkətlərlə bir sıra mühüm sənədlər imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR tərəfindən müxtəlif şirkətlərlə bir sıra sənədlər imzalanıb.  xəbər veri

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler bugünki xəbərlər hava durumu enson xeberler