Ombudsman bəyanat yaydı

Ombudsman bəyanat yaydıAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 6 noyabr Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ilə bağlı bəyanat yayıb.
Azxeber.com xəbər verir ki, bəyanatda deyilir:
"Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, flora və faunasına, su mənbələrinə, ümumilikdə işğal altında olmuş ərazilərin ekologiyasına, regionun ekosisteminə ciddi ziyan vurulmaqla beynəlxalq ekoloji cinayətlər (ekosid) törədilib.
Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal zamanı mülki əhali ilə yanaşı, flora və faunanın, ətraf mühitin bioloji müxtəlifliyinin nümunələrini də hədəf seçmişdir. 30 ilə yaxın işğal müddətində ölkəmizin ekoloji sistemi məqsədli olaraq məhv edilib.
Ermənistan Respublikası tərəfdar çıxdığı "Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında" 1976-cı il tarixli Konvensiya, "Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" 1989-cu il tarixli Bazel Konvensiyası, "Sənaye qəzalarının transsərhəd təsiri haqqında" 1992-ci il tarixli Konvensiyavə digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan "Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair" 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır.
BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı 2085 nömrəli qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunur.
Göstərilən faktlar Ermənistanın Azərbaycana qarşı işğal vəekoloji terror siyasəti nəticəsində ölkəmizin su ehtiyatlarına, flora və faunasına ciddi zərər vurulduğunu sübut edir. Azərbaycanın işğal altında olan ərazilərində uzun illər ərzində meşələr qırılmış, yanğınlar törədilərək, meşə fondu məhv edilmiş, Azərbaycanın və regionun ekosisteminə hələ uzun müddət bərpa edilməsi mümkün olmayacaq ziyan vurulmuşdur. İşğal illərində xüsusilə otlaq, biçənək və meşələrin yandırılması, qanunsuz ov etmə halları ərazidə yaşayan canlıların məhv olmasına və ya ərazidən miqrasiya etməsinə səbəb olub.
İşğal dövründə Azərbaycan Respublikasının təbii sərvətləritalanmış, heç bir ekoloji normagözlənilmədən qanunsuz şəkildə istehsal sahələri yaradılmaqla istismar edilib.
2020-ci ilin 10 noyabrında qəbul edilmiş və müharibəyə son qoymuş Üçtərəfli Bəyanata əsasən azad edilən rayon və şəhərlərimizi tərk edərkən ermənilər tərəfindən törədilmiş yanğınlar və dağıntılar, ekologiyanın məhvinə yönəldilmiş siyasət region üçün mühüm təhlükə mənbəyi olmaqla ciddi narahatlıq doğurur.
Eyni zamanda, uzun illər əzində işğal altında olan ərazilərdən axan çaylar Ermənistan tərəfindən müxtəlif mənşəli tullantılarvə çirkab suları ilə çirkləndirilmişdir. Ermənistanın hərbi-siyasi rəhbərliyisu resurslarından siyasi təsir və ya təzyiq aləti kimi istifadə etmişdir.Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin, habelə kəndlərin, xəstəxanaların, kənd təsərrüfatı obyektlərinin biolojiçirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini «Ölü zonaya» çevirib.
Bu baxımdan 6 noyabr - Müharibə və Silahlı Münaqişələr Zamanı Ətraf Mühitin İstismarının Qarşısının Alınması Beynəlxalq Günü ərəfəsində beynəlxalq qurumlara, o cümlədən ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara müraciət edərək, Ermənistan tərəfindən törədilmiş ekoloji terrorun nəticələrinin aradan qaldırılmasına dəstək verməyə, həmin ekoloji cinayətləri törətmiş şəxslərin beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görməyə çağırıram".

Siyasi       Tarix: 07 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler maraqlı xəbərlər cəbhədən son xəbər ən son xəbər