Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla videokonfrans formatında görüşü olub

Ombudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla videokonfrans formatında görüşü olubOmbudsman Səbinə Əliyavanın Vladimir Şkolnikovla videokonfrans formatında görüşü olub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cənubi Qafqazdakı ofisinin insan hüquqları üzrə baş müşaviri Vladimir Şkolnikov ilə videokonfrans formatında görüşü olub.
Görüşdə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin İnsan Hüquqları üzrə Milli Müşaviri Kamran Bağırov da iştirak edib.
Görüş zamanı Ombudsman təsisatı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı arasında prioritet əməkdaşlıq istiqamətləri müzakirə olunub. 
Müvəkkil daha sonra BMT rəsmisini 2020-ci ilin sentyabr ayının sonlarından etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yeni ərazilərini işğal etmək məqsədilə hücuma keçdikləri, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq Azərbaycanın həm cəbhə xətti boyunca, həm də, cəbhə xəttindən uzaqda yerləşən rayonlarında yaşayan mülki şəxsləri və obyektləri ağır artilleriya atəşinə məruz qoyduğu, nəticədə çoxsaylı insan tələfatı və dağıntıların olduğunu barədə məlumatlandırıb.
S. Əliyeva Ermənistanın Azırbaycana yönəlik son təcavüzü nəticəsində beynəlxalq hüquq norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu, beynəlxalq səviyyədə qadağan edilmiş silahlardan mülki şəxslərin və obyektlərin atəşə tutulduğunu, nəticədə dinc sakinlər, xüsusilə, uşaqlar, qadınlar, ahılları, əlilliyi olan şəxslər, qaçqın və məcburi köçkünlər arasında çox sayda tələfat və yaralanma hallarının baş verdiyini, mülki evlərin, tarixi və mədəni abidələrin, inzibati binaların, təhsil müəssisələrinin, uşaq bağçalarının, xəstəxanaların və sosial obyektlərin dağıdıldığını diqqətə çatdırıb.
Görüşdə Müvəkkil baş vermiş erməni təcavüzü və pozulmuş insan hüquq və azadlıqlarının bütün dünyaya çatdırılması məqsədilə müxtəlif bəyanatlar verdiyini, təcavüzdən zərər görmüş yerlərdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini və toplanmış dəlillər əsasında hazırladığı geniş hesabatların müvafiq beynəlxalq təşkilatlara, o cümlədən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına göndərildiyini qeyd edib.
Müvəkkil bütün beynəlxalq təşkilatları bu məsələyə biganə yanaşmamağa, susqunluq nümayiş etdirməməyə çağırıb. Qeyd olunub ki,  beynəlxalq təşkilatlar tərəfindən susqunluq və loyal münasibətin göstərilməsi təcavüzkar ölkə olan Ermənistanın yeni yeni müharibə cinayətləri törətməsinə səbəb olur.
Müvəkkil Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinin nəticələrini yerində müşahidə etmək üçün BMT rəsmisini Azərbaycana dəvət edib.
V. Şkolnikov öz adından və təmsil etdiyi qurumun adından mülki əhalinin yaşadığıAzərbaycanın şəhər və rayonlarına atılmış raket zərbələri nəticəsində baş vermiş böyük insan tələfatından dərin təəssüf hissi keçirdiklərini və Ombudsmanın ona verdiyi bütün məlumatları BMT-nin əlaqədar qurumlarına çatdıracağını bildirib.  /oxu.az

Siyasi       Tarix: 19 oktyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər