Ombudsmanın nümayəndələri Laçında həbs edilən Ermənistan vətəndaşına baş çəkib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən növbəti başçəkmə keçirilib.
Bu barədə azxeber.com-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, başçəkmə çərçivəsində istintaq təcridxanasında saxlanma şəraiti və rəftar məsələləri, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyəti araşdırılıb, müəssisənin kameralarına, tibb-sanitar hissəsinə, yeməkxanasına, kitabxanasına, gəzinti yerinə baxış keçirilib.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvlərinin, ixtisasca həkim və psixoloq ekspertlərin də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması məqsədilə saxlanılan şəxslərlə konfidensial olaraq görüşülüb.
Müəssisədə digər şəxslərlə yanaşı, 2023-cü il avqustun 1-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini qanunsuz keçdiyinə görə həbs olunmuş Ermənistan vətəndaşı R.Beqlaryan da konfidensial qaydada qəbul edilib. Milli Preventiv Qrupun üzvləri tərəfindən ona öz dilində qanunvericilik aktları təqdim olunub. Aparılan söhbət zamanı həbs edilmiş bu şəxsə münasibətdə də hər hansı fərq qoyulmadan hüquqlarının təmin olunduğu, lazımi tibbi-psixoloji xidmətin göstərildiyi müşahidə edilib və özü də bunları müraciətində təsdiq etməklə minnətdarlığını bildirib.
Başçəkmə zamanı qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri izah olunub, eləcə də milli qanunvericilik aktları və beynəlxalq sənədlər, Ombudsmanın "916" Çağrı Mərkəzinə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq, bir tək Rusiya olsun" – İrəvana birbaşa ultimatum
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi