Ömrünüzü 20 il uzadacaq səkkiz VƏRDİŞ
ABŞ alimləri insanın ömrünü 20 il və ya daha çox uzada biləcək bir sıra vərdişlərin olduğunu göstərən genişmiqyaslı araşdırma aparıblar.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər qırx yaşdan yuxarı insanların fəaliyyətini izləyib.
Araşdırmalar göstərib ki, sağlam həyat tərzi və əlaqəli vərdişlər ömrü əhəmiyyətli dərəcədə uzadır.
"Sağlam həyat tərzi həm də şəxsi rifah üçün vacibdir. Nə qədər tez başlasanız, bir o qədər yaxşıdır. 40, 50 və ya 60 yaşlarınızda kiçik bir dəyişiklik etsəniz belə, yenə də faydalı olacaq", – deyə tədqiqatın aparıcı müəllifi Dr. Xuan-May Nquen bildirib.
Belə ki, tədqiqatlar 40 yaşında bu səkkiz vərdişin hamısına sahib olan qadınların bu vərdişləri olmayanlara nisbətən orta hesabla 21 il daha çox yaşaya biləcəyini müəyyən edib.
Eləcə də səkkiz vərdişin hamısına sahib olan 40 yaşlarında olan kişilər olmayanlardan orta hesabla 24 il daha çox yaşayır.
Belə ki, bura siqaretdən imtina, müntəzəm spirt və narkotik istifadəsinin olmaması, düzgün qidalanma, yaxşı yuxu, stressin idarə edilməsi, fiziki fəaliyyət və müsbət emosiyalara səbəb olan insanlarla münasibətlər daxildir.
İqbal Rzayev,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı