"Onlar azərbaycanlılara sərf edən xəritəni əsas götürəcəklər" - Petrosyan
"Ermənistan hakimiyyəti Rusiyanı geri çəkib ölkəni türk vilayətinə çevirməyə çalışır".
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ehtiyatda olan ədliyyə general-mayoru Tatul Petrosyan deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Qərbin marionetkasına çevrilmək üçün hər şeyi edir. Burada Türkiyə həlledici rol oynayır.
"Rus sərhədçiləri Ermənistanı tərk edən kimi türklər deyəcəklər ki, yeni sərhəd çəkmək lazımdır. Paşinyan deyir ki, hələ də delimitasiya üçün xəritələr yoxdur. Onlar hər bir halda azərbaycanlılara sərf edən xəritəni əsas götürəcəklər", – deyə Petrosyan bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistan ətrafında gedən proseslər təhlükəli nəticələrə gətirib çıxara bilər.
"Bunu dayandırmaq üçün hökumətin əleyhdarlarının səylərini birləşdirib, onları aradan götürməliyik. Bizim vaxtımız yoxdur", -deyə Petrosyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək