Onlar indi hardadır? – Oliqarxların kreslosuz həyatı

Onlar indi hardadır? – Oliqarxların kreslosuz həyatıHazırda Azərbaycan hakimiyyət sistemində dövlət resursları hesabına oliqarxa çevrilmiş məmurlar demək olar ki, yoxdur. Uzun müddət yüksək dövlət vəzifələrini tutan şəxslər var, amma onları nəhəng biznesi, hökumətin müxtəlif qollarında "kadrları" ölkədə və xaricdə geniş əlaqələri olan keçmiş nazirlərlə müqayisə etmək olmaz.
KONKRET.az xəbər verir ki, belə oliqarxları əsasən xaricdə təhsil almış yeni kadrlar əvəz edib…
Bununla belə keçmiş oliqarxlar və ümumiyyətlə yüksək vəzifə tutmuş məmurlar ictimaiyyətin, medianın diqqət mərkəzindədirlər, onlar kölgəyə çəkilsələr də barələrində çıxan xəbərlər geniş oxucu auditoriyası toplayır. Maraqlıdır, vəzifədən getsələr də əllərində geniş imkanları, əlaqələri və s. qalan bu şəxslər indi nə işlə məşğuldurlar? Onların arasında hazırda həbsdə olanlar da, azadlıqda şad-xürrəm yaşayanlar da var. Bu adamların bəzilərinin hazırkı durumuna nəzər salaq.
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov əsasən doğulduğu Ucar rayonundakı villasında yaşayır, özünün dediyinə görə təsərrüfatla məşğul olur, ibadət edir… Oğlu Anar Məmmədovun daimi yaşayış yeri isə Böyük Britaniyanın paytaxtıdır. Bununla belə, ABŞ-da da işgüzar əlaqələri var. Mediada yayılan xəbərlərə görə restoran və əmlak sahəsində bizneslə məşğul olur.
Keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov vəzifədən çıxarıldıqdan sonra barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə cinayət işi açılaraq həbs olunub. Səbail məhkəməsi onun barəsində 26 may 2022-ci ildə həbs qərarını dəyişib. Keçmiş nazir dövlət büdcəsinə vurduğu ziyanın əvəzinə 30 milyon manata yaxın vəsait ödəyib. Hazırda şərti məhkumluğu davam edir.
Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov hazırda "Qərb" Universitetinin təsisçisidir, onun ailə üzvlərinin Avropa paytaxtlarında, Türkiyədə şirkətləri olduğu bildirilir. Bununla bərabər yerli mediada Bakıda və Azərbaycanın Şimal bölgələrində də onun daşınmaz əmlakı, biznes obyektlərinin olması barədə yazılıb.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinə 10 ilə yaxın rəhbərlik etmiş Eldar Mahmudov 2015-ci ildə vəzifədən kənarlaşdırıldıqdan sonra bir müddət istintaqa cəlb olunub. Hazırda Bakıda yaşayır və ictimai yerlərdə az-az görünür. Sonuncu dəfə Milli Qəhrəman Riad Əmədovla vida mərasimində kameralara tuş gəlib. Eldar Mahmudovun vaxtı ilə nəzarət etdiyi böyük biznes sahələrinin bir qismi ayaqdadır, onun oğlu Anar Mahmudov isə Böyük Britaniyada və Avropanın bir neçə ölkəsində şirkətlərə rəhbərlik edir.
11 illik nazir vəzifəsindən çıxarıldıqdan sonra həbsdən güc-bəla ilə yaxa qurtarmış keçmiş Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov hazırda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İns¬titutunun baş direktorudur. Bundan başqa, sabiq nazir həm də AMEA Prezidentinin müşaviri postunu tutur. Eks-nazir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının müdiridir.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov özü Bakıda, övladları isə ABŞ-da yaşayır. Nazir son vaxtlar xarici siyasət məsələləri ilə bağlı yerli mediaya tez-tez şərhlər verir.
Nazirlər Kabinetinin keçmiş sədrləri və məşhur müavinləri hazırda təqaüddədirlər. Onlardan Bakı şəhər icra hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbov paytaxtda böyük biznesə və daşınmaz əmlaka sahibdir. Onun oğlu İsrafil Abutalıbov isə Türkiyənin ən məşhur otel şəbəkələrindən olan "Ajva"nı idarə edir.
"Qaçqınkom"un keçmiş sədri Əli Həsənov da təqaüdçü həyatı yaşayır. O, nəvəsi Nail Allahverdiyevin törətdiyi cinayət olayı ilə gündəmə gəlsə də bir müddət sonra "unuduldu". İki nəfərin ölümünə bais olmuş Allahverdiyev isə qısa müddət sonra həbsdən azadlığa buraxıldı.
Oliqarxlardan Mərkəzi Bankın keçmiş sədri Elman Rüstəmov hazırda Baş nazir Əli Əsədovun müşaviridir. Onun bu vəzifəni yerinə yetirib-yetirmədiyi, işə gəlib-gəlmədiyi məlum deyil. O, yerli medianın gündəminə nikahdan kənar övlad sahibi olması ilə bağlı gəlsə də keçmiş baş bankir iddialara münasibət bildirməyib. Qeyd edək ki, Rüstəmovun övladı Süsən Rüstəmova Britaniya paytaxtında, bir sıra Avropa ölkələrində iri biznesə sahibdir. Elman Rüstəmovun digər qızı Günel Rüstəmova da həyat yoldaşı Cümə Əhmədzadə ilə birgə Londonda bahalı mülkə, Azərbaycanda və Çexiyada otellərə sahibdir. Onların Londonda sahib olduqları "Gyunel Limited" in aktivləri 2022-ci ilin maliyyə hesabatına görə 6 milyon funt-sterlinqdən artıqdır.
Keçmiş Kənd Təsərrüfatı naziri İsmət Abbasovun da sorağı ölkə xaricindən gəlir. Onun övladı Yunis Abbasovun Londonda əmlak sektorunda şirkətlərə sahib olduğu bildirilir. Bir neçə il əvvəl o, 2 milyon dollara daşınmaz əmlak alması ilə gündəmə gəlmişdi.
Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbsdə, onun həyat yoldaşı Zamirə Hacıyeva isə mənbəyini izah edə bilmədiyi sərvətlərə görə hələ də məhkəmə çəkişməsindədir. Z. Hacıyeva Britaniya paytaxtında dəbdəbəli villalara sahibdir, araşdırmaçı jurnalistlər onun dəyəri on milyonlarla ölçülən sərvətindən, alış-verişindən bəhs edirlər. 2018-ci ildə İngiltərənin Cinayətkarlığa qarşı Milli Agentliyi onun 40 milyon manata yaxın dəyəri olan zinət əşyalarına həbs qoyub…
Beləliklə, vaxtı ilə Azərbaycanın sərvətləri hesabına milyarderə çevrilmiş məmurların bu gün də dəbdəbəli həyat tərzinə malik olduğunu görürük. Hətta həbsdə olanların belə, böyük sərvətə malik olduğu şübhə doğurmur. İndi bu adamlar əsas etibarilə estafeti və məlum yollarla ələ keçirdikləri sərvəti övladlarına ötürməklə məşğuldurlar…"AzPolitika.info"

Siyasi       Tarix: 29 noyabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Zakir Həsənov Pakistana başsağlığı verdi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığ

Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil

Prezident İlham Əliyev Türkiyə və Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkəni tapmaq mümkün olmadığını söyləyib. Dövlət başçısı bunu TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkə

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanı 20 sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib. xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi bu barədə X-da paylaşım edib. "Azərbaycan Respublikasının Hökumətin

Azərbaycan daha bir ölkə ilə vizanı ləğv etdi – Kimlər gedə biləcək?

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman "Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xal

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları

"Mən artıq demişəm ki, "biz sizi basdıracağıq" sözlərini sizin məzarqazanlarınızın etdiyi kimi hərfi mənada başa düşmək lazım deyil… Söhbət cəmiyyətin sırf tarixi inkişafından gedir. Kapitalizm öz əsrini baş

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

1990-cı illərdən 2023-ə: Qarabağda suverenliyin bərpasına gedən yol – TƏHLİL

1990-cı illərin əvvəllərindən etibarən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğal siyasəti nəticəsində ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsi işğal olunub, yüz minlərlə Azərbaycan vətəndaş


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son məlumat cəbhədən son dəqiqə beynelxalq bank mezenne sou xeberler