Onlar rəqəmsal terrora məruz qalır, səs və görüntüləri təqlid edilir
Deputat Azay Quliyev Milli Məclisin iclasında yaz sessiyasının işlər planına dair təkliflər irəli sürüb.
azxeber.com-un xəbərinə görə, deputat bildirib ki, son vaxtlar "rəqəmsal klonlaşdırma" və ya "deepfake" texnologiyalarından istifadə etməklə törədilən hüquqazidd əməllər sürətlə artmaqdadır:
"Xüsusi narahatlıq yaradan hal odur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, dövlət rəsmiləri, millət vəkilləri də bu cür rəqəmsal hücumlara, hətta deyərdim ki, rəqəmsal terrora məruz qalır, onların səs və görüntüləri təqlid edilir, adlarından saxta video-müraciətlər, bəyanatlar və yazılı açıqlamalar hazırlanaraq sosial şəbəkələr vasitəsilə geniş şəkildə yayılır.
İnformasiya müharibəsinin təhlükəli alətinə çevrilən bu saxta kontentlərin əsas məqsədi ictimaiyyətdə çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək, dövlət orqanlarına inamsızlıq formalaşdırmaq, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə xələl gətirməkdir. Lakin bu təhlükələrin qarşısını effektiv şəkildə almaq üçün qanuni mexanizmlərimiz yetərli deyil.
Mövcud qanunvericiliyimizdə "rəqəmsal klonlaşdırma" və ya "deepfake" kimi anlayışlar ayrıca hüquqi kateqoriya kimi tam və müasir çağırışlara uyğun olaraq sistemli şəkildə tənzimlənmir.
Bu boşluqdan istifadə edən maraqlı dairələr və şəxslər, o cümlədən "Meta", "YouTube", "X", "TikTok" kimi sosial media platformaları Azərbaycanın informasiya məkanında istədiyi kimi fəaliyyət göstərir, lakin buna görə görə heç bir hüquqi məsuliyyət daşımırlar".

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü