Onlar siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edib

Onlar siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edibÖzünü insan hüquqlarının və fundamental azadlıqların "keşikçisi" kimi təqdim etməyə çalışan "Human Rights Watch" qeyri-hökumət təşkilatı Ermənistanın uzun illər ərzində azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasətinə, müharibə cinayətlərinə, azərbaycanlı əhalinin kütləvi şəkildə öz doğma torpaqlarından zorla qovulmasına, müharibə bitdikdən sonra Ermənistanın davamlı olaraq günahsız insanların qətlə yetirilməsinə və sülh danışıqlarına xələl gətirən təxribatçı əməllərinə obyektiv qiymət vermək əvəzinə, özünün 2021-ci il üçün yayımlanan hesabatında ədalət və qərəzsizlik prinsiplərini gözləmədən siyasi sifarişlərə xidmət edən məlumatlar dərc edib.
KONKRET.az xəbər verir ki, bunu İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
"Hər bir təşkilat hesabat tərtib edərkən istinad etdiyi mənbələrdə ədalətli balansı gözləməli, hüququn və qanunun aliliyi prinsipinə hörmətlə yanaşmalıdır. Lakin təəssüflə qeyd etmək istərdim ki, beynəlxalq qeyri-hökumət təşkilatı olan "Human Rights Watch" tərtib etdiyi hesabatlarda bu prinsipləri nəinki gözləmir, hətta müəyyən siyasi məqsədlərə xidmət edən qarayaxma kampaniyası həyata keçirir. Hesabatın təhlili onu göstərir ki, "Human Rights Watch" hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana münasibətdə ikili standartlara yol verir, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanı neqativ, Ermənistanı isə pozitiv siyahıda göstərməyə çalışır.
İkinci Qarabağ müharibəsinin Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış əraziləri daxilində getməsinə baxmayaraq, "Human Rights Watch" təşkilatı tərtib etdiyi hesabatda Ermənistan ərazisində məktəblərin zərər görməsi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verməklə yanaşı, hətta bu məktəblərin sayının Azərbaycan məktəblərinə nisbətən daha çox olduğu yalanını qeyd edib.
Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı törətdiyi son müharibə cinayətləri nəticəsində 10-dan çoxu uşaq olmaqla, 100-ə yaxın dinc mülki şəxs qətlə yetirilib, 450-dən çox insan yaralanıb, 12 min mülki infrastruktur obyekti, o cümlədən 3410-dan çox ev, 120 çoxmənzilli yaşayış binası və çoxlu sayda məktəb, xəstəxana, uşaq bağçası da olmaqla 512 mülki infrastruktur, habelə tarixi, dini və mədəni abidələrimiz dağıdılıb və ya onlara ciddi ziyan vurulub.
Qeyd olunan məlumatlar faktlarla təsdiq edilərək tərəfimdən hazırlanmış çox sayda hesabat, bəyanat və müraciətlərdə geniş şəkildə əks olunub, beynəlxalq və regional təşkilatlara, o cümlədən beynəlxalq qeyri-hökumət təşkilatlarına göndərilib.
Lakin hesabatda Ermənistan ombudsmanının məlumatına istinad olunsa da, Azərbaycan ombudsmanının mövzu ilə bağlı hazırlamış olduğu hesabat və bəyanatlarına istinad edilməyib. Bu fakt bir daha "Human Rights Watch" təşkilatının məsələyə qərəzli yanaşmasını sübut edir.
Hesabatda, eyni zamanda, Ermənistan ombudsmanının məlumatına istinad edilərək, guya Azərbaycanda erməni hərbi əsirlərinə münasibətdə hüquq pozuntularına yol verildiyi iddia olunur. Bununla bağlı qeyd etmək istərdim ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Ermənistan tərəfindən yerləşdirilmiş, mülki şəxslərə və hərbi qulluqçularımızın həyat və sağlamlığına qarşı törətdikləri cinayətlərin qarşısının alınması zamanı saxlanılaraq istintaqa təhvil verilmiş, terror cinayəti törətməkdə təqsirləndirilən silahlı qrupun üzvləri fərdi qaydada tərəfimdən qəbul olunub, müraciətləri dinlənilib, onlara öz dillərində hüquq və azadlıqları ilə bağlı qanunvericilik aktları təqdim olunub. Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün iştirakı ilə həmin şəxslər müraciətləri əsasında müayinə edilib. Hər hansı bir ayrı-seçkiliyə yol verilmədən onlara münasibətdə lazımi tibbi-psixoloji xidmətin təmin olunduğu, qanunvericiliyə riayət edildiyi müşahidə edilib.
Həmin təqsirləndirilən şəxslər onlarla rəftardan və saxlanma şəraitindən, tibbi xidmətdən, qidalanmadan razılıq etməklə yanaşı, humanist münasibətə görə təşəkkürlərini bildiriblər.
Başçəkmənin nəticələri ilə bağlı mətbuata geniş açıqlama verilsə də, "Human Rights Watch" təşkilatının tərtib etdiyi hesabatda ədalət naminə bununla bağlı hər hansı bir məlumat verilməyib. Bütün bunlar adı çəkilən təşkilatın tərtib edəcəyi hesabatın "obyektivliyini" bir daha göstərmiş olur", – S.Əliyeva qeyd edib.

Siyasi       Tarix: 18 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Birləşmiş Ərəb Əmirliyinin Füceyrə əmirliyində 14 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı bu ölkəyə başsağlığı verib. KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in X hesabınd

Abu-Dabiyə uçublar, qoy orada oteldə otursunlar

Rusiya avropalıların Ukraynada dərhal atəşkəs elan edilməsi ilə bağlı tələbləri ilə razılaşmayacaq, çünki Brüssel sadəcə vaxt qazanmağa çalışır. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavro

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. xəbər verir ki, Zelenski bu haqd

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. xəbər verir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri son xeberler bugun 2026 azerbaycan gunun xeberleri xeber az