Onu yarğılamağa tələsməyin' - Murad Arif Xalq artistini müdafiə etdi
Müğənni Murad Arif sosial şəbəkə hesabında Xalq artisti Ağadadaş Ağayev ilə bağlı paylaşım edib.
azxeber.com xəbər verir ki, müğənni, sənətçini qınayanları tənqid edib.
O, paylaşımında insanları Xalq artistinə qarşı mərhəmətli olmağa çağırıb:
"Frenk Sinatrasından tutmuş Vitni Hyustonuna qədər, yumruq atan kim, həbs olunan kim, və sair və ilaxır. Ağadadaş Ağayev məsələsində aylardır xalqın kinayəli, nifrət dolu, qəddar şərhlərini izləyirəm. Videodakı adamın kimliyini kənara atıb, videoya bir daha baxsaq, iki qəzəbli kişinin davasını görərik. O qəzəbin səbəbi, bir Allaha bir də o iki kişiyə bəllidir.
Bilmirəm o hücum idi, yaxud müdafiə idi, yaxud təhqir olunduğu üçün düşdüyü affekt halındakı sərt reaksiya idimi? Məhkəmə araşdırıb,qərar verər. Amma siz, o videoda özünüzü, atanızı, qardaşınızı, yaxud ərinizi də təsəvvür edə bilərsiniz, məsələn. Ola bilməz?!
"Xalqın təpkisi, xalqın qınağı, xalqın sənətçisi" sözləriylə yarğılamağa tələsməyin. O 40 ildir apardığı məclislərlə, kasetləriylə, diskləriylə, mahnılarıyla xalqın sənətçisi olub. Yoxsa onunla oynayan, sevinən böyüyən nəsillər, xalq deyil?!
Bu "balta" insidentinə rəğmən, Ağadadaş Ağayev bundan sonra da "Yarı səndə, yarı məndə", "Dodağına gülüş qonub", "Sən oldun" ifaçısı kimi qalacaq, yenə də onu dinləyəcək, onunla bərabər oxuyacaq, qoşub oynayacaqsınız".
Demirəm ki, yaxşı edib. Deyirəm ki, hamınızın başına gələ biləcək hadisədir. Qoy, daşı günahsız olan atsın".
Aysel
Kurslar.az kurslar [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi