OPEC: Azərbaycanda neft hasilatı artacaq - PROQNOZ
Ötən il Azərbaycanda maye karbohidrogen hasilatı il ərzində 0,01 milyon barel/sutka artaraq 0,74 milyon barel/sutka olub.
KONKRET.az xəbər verir ki, OPEC-in aylıq hesabatında 2021-ci ilin noyabr ayında Azərbaycanda maye karbohidrogenlərin hasilatının ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalaraq 0,72 milyon barel/sutka təşkil etdiyi bildirilib.
Ümumilikdə, neft hasilatı oktyabr ayı ilə müqayisədə 2 min barel/sutka azalaraq orta hesabla 584 min barel/sutka təşkil edib. Bu, "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun "Çıraq" platformasında texniki xidmət işlərinin davam etməsi ilə bağlı olub.
Kondensat hasilatı isə stabil qalaraq 140 min barel/sutka təşkil edib. Dekabr ayında təmir işlərinin başa çatmasından sonra neft hasilatı orta hesabla 0,79 milyon barel/sutkayadək artıb.
Həmçinin, hesabatda bu il Azərbaycanda maye karbohidrogen hasilatının 0,08 milyon barel/sutka artaraq orta hesabla 0,82 milyon barel/sutka təşkil edəcəyi vurğulanıb.

Pərviz Şahbazova ağır itki
ARB ilə Nuran arasında nə baş verir? - Açıqlama
Yayın ən sevilən istiqamətlərini AZAL ilə kəşf edin: Bu il tətil üçün hara getməli?
"Bank Respublika" və OPEC Fund arasında saziş imzalandı - Foto
İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi
Prezidentdən Naxçıvanla bağlı FƏRMAN
Qurban Qurbanov: "Qarabağ"ın Avstriya toplanışı pis keçmədi"
Azərbaycan və Ermənistan vətəndaşları itkinlərlə bağlı anonim məlumat verə biləcək
Türkiyəyə doğru iki qırıcı göndərildi - İsraildən ŞOK
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - Xəsarət alan var+Fotolar
Azərbaycanda şirkətlərdən birində milyonluq yeyinti ÜZƏ ÇIXDI - HƏBS EDİLƏNLƏR VAR
Paşinyan Əli Xameneinin vida mərasimində iştirak edəcək
Didye Deşam Kilian Mbappenin qarşısında baş əydi
Xamenei atasının dəfnində iştirak edəcək?
"Qarabağ" Ukrayna klubuna böyük hesabla məğlub oldu