Oqtay Əliyevin ölümü ilə bağlı ŞOK DETALLAR: sükan arxasında nə baş verib?
"Soy prodakşın"ın rəhbərlərindən olan Səyavuş Hüseynli bir neçə gün əvvəl avtomobil qəzasında dünyasını dəyişən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümündən danışıb.
"Səhər mərkəzi" verilişində qonaq olan S.Hüseynli onun ürək əməliyyatı olunması məlumatlarını yalanlayıb:
"Dedilər ürəyindən əməliyyat olunub. Yox, yalandır. Sükan arxasında huşunu itirib, onunla da idarəetməni itirib. Onun nədən olduğu bilinmir. Bilinmir infarkt olub, yoxsa damar tıxanıqlığıdır. Hazırda analizlər aparılır".
Verilişdə qonaq olan Xalq artisti Mübariz Tağıyevin "Deyirlər, yuxu aparıb" sözlərinə rejissor "Yuxu olsaydı, onu səsləyiblər, çağırıblar, oyanmayıb, oyanardı. Dilarə Əliyeva dedi ki, çağırdıq, amma huşu getmişdi. Düzgün cavabı həkimlər açıqlayacaqlar" cavabını verib.
Qeyd edək ki, O.Əliyev avtomobil qəzasında dünyasını dəyişib. Onun həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də həmin qəzada avtomobildə olub. D.Əliyeva xəsarət almayıb, M.Zəki isə hazırda xəstəxanada müalicə alır. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Millimiz Moldova yığmasına uduzdu
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
General-leytenant Norat Ter-Qriqoryants Ermənistan pasportundan imtina etdi