Oqtay Əsədovdan sərt açıqlama: "Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir

Oqtay Əsədovdan sərt açıqlama: "Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirirOqtay Əsədovdan sərt açıqlama: "Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir"
"Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qərəzli, ikili standartlarla yanaşması heç kimə sirr deyil. Bəllidir ki, Azərbaycana qarşı ədalətsiz münasibət bu təşkilatın əsas davranış xəttinə çevrilib. Bunu sübuta yetirən bəzi məqamlara toxunmaq istərdim".
Bunu Milli Məclisin deputatı Oqtay Əsədov özünün "Facebook" səhifəsində bildirib.
O qeyd edib ki, 19 il əvvəl - 2001-ci ildə Azərbaycanla yanaşı, Ermənistan da Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin sülh və dinc yolla həll olunmasını üzərinə öhdəlik kimi götürüb:
"Amma 20 ilə yaxındır ki, Ermənistan nəinki üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib, ümumiyyətlə, münaqişənin həlli istiqamətində bir addım belə atmaq istəməyib. Həmişə həlledici məqamlarda müxtəlif bəhanələrlə danışıqlardan qaçıb. Ötən müddət ərzində bu proseslərin monitorinqini aparmağı öz öhdəsinə götürmüş AŞPA-dan hansısa qətiyyətli mövqe, prinsipial addım atıldığnı görməmişik.
AŞPA-nın Azərbaycan üzrə həmməruzəçilərinin Dağlıq Qarabağdakı qanunsuz rejimin keçirdiyi uydurma seçkilərə loyal yanaşması qurumun işğalı leqallaşdırmağa cəhdinin göstəricisidir.
Niyə AŞPA bu məsələyə münasibət bildirmir? AŞPA-nın əsas vəzifəsi məhz insan hüquq və azadlıqlarını qorumaq olsa da, bu qurum Azərbaycanın bir milyon qaçqın və məcburi köçkünü ilə bağlı kifayət qədər prinsipiallıq göstərməyib.
Əgər bu qurumu insan hüquqları, söz azadlığı maraqlandırırsa, öz dədə-baba torpaqlarında işğalçı rejim tərəfindən tutularaq, illərdi girovluqda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev məsələsində niyə susur?! Avropa Şurasının heç vaxt işğalçını öz adı ilə çağırmamasının nəticəsidir ki, Azərbaycan xalqı AŞPA-ya olan ümidlərini itirir".
Deputat bildirib ki, bütün bu sadaladıqları AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyinin göstəricisidir:
"Məhz buna görə də Azərbaycan Prezidenti İlham Əliyev haqlı olaraq, AŞPA-nın bütün iradlarını kağız parçası kimi qiymətləndirir.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strateji kursun nəticəsidir ki, dövlətimiz demokratiya yolu ilə inamla addımlayır. Azərbaycan beynəlxalq təhlükəsizliyə, beynəlxalq iqtisadi inkişafa, insan hüquqları və əsas azadlıqlarının qorunmasına mühüm töhfələr verir.
Bu gün dünyanı bürüyən koronavirus pandemiyasında Azərbaycan bir çox ölkələrə yardım edib. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı digər ölkələrə nümunə olaraq göstərib.
Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə videokonfrans formatında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının, daha sonra Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşləri təşkil edilib.
Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə BMT Baş katibinin müraciəti səslənib, görüşdə Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqının Ali komissarı iştirak edib.
Bunların fonunda AŞPA-nın mövqeyi haqlı olaraq Prezident İlham Əliyevi və Azərbaycan xalqını qane etmir.
Ümumiyyətlə, hesab edirəm ki, AŞPA fəaliyyətini gözdən keçirməli, ölkəmizə qarşı ədalətli mövqe ortaya qoymalıdır". /oxu.az

Siyasi       Tarix: 29 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Bayramovla Lavrov arasında görüş keçiriləcək

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçiriləcək. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözlərinə görə, Azərbaycan xaric

Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur

Yaxın Şərqdə gərginliyin artması, İran ətrafında baş verən son proseslər və regionda dəyişən geosiyasi balans Zəngəzur dəhlizinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Bəzi ekspertlər hesab edirlər ki

Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafanı qəbul edib. KONKRET.azxəbər verir ki, dövlətimizin başçısı Baş nazir Məhəmməd Mustafanın ölkəmizə səfərini

İran Günaz TV-nin adını bu siyahıya saldı

İran Kəşfiyyat Nazirliyi xarici ölkələrdə fəaliyyət göstərən iranlıların təsis etdiyi müxalifət media orqanları, bir neçə xarici ölkənin İranla əlaqəli media qurumları və iranlı media fəallarının siyahısını yayıb. KONKRET.azxəbə

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə

Ermənistan Naxçıvanla bağlı bu qərarı gözləyir

Ermənistan hökuməti ölkə ərazisində həyata keçirilməsi nəzərdə tutulan "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (Trump Route for International Peace and Prosperity – TRIPP) layihəsi üzrə strateji əməkdaşlığ

Yeni müdafiə naziri məlum oldu

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri vəzifəsinə Yevgeni Xmaranın namizədliyini irəli sürüb. xəbər verir ki, hüquqi prosedurlar başa çatana qədər Xmara Müdafiə Nazirliyinin rəhbəri vəzifəsini icra edəcək, dah

Prezidentlər işğal dövründə güllələnmiş büstlərə baxdılar

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründ

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfrans


yeni xeberler azerbaycan xeberleri son xeberler krimnal xeber dunya xeberleri sonxəbər