Ordu hazır vəziyyətə gətirildi – Türk ölkəsi HƏRƏKƏTƏ KEÇDİ

Ordu hazır vəziyyətə gətirildi – Türk ölkəsi HƏRƏKƏTƏ KEÇDİQazaxıstanla Rusiya arasında gərginlik artır. Moskva uzun illər susqun qaldığı ərazi iddialarını yenidən gündəmə gətirir. Şimali Qazaxıstanla bağlı səsləndirilən "tarixi Rusiya torpaqları" ritorikası, Putinin Tokayevə yönəlik "xilas etdik" açıqlaması və Rusiya mediasında yayılan mesajlar Kremldən Astanaya açıq siqnal kimi qiymətləndirilir. Siyasi müşahidəçilər prosesin Ukrayna ssenarisini xatırlatdığını və bölgədə yeni bir münaqişənin alovlana biləcəyini istisna etmir.
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, son vaxtlar Rusiya ilə Qazaxıstan arasındakı münasibətlərdə gərginlik həndəsi silsilə ilə artır.
Onun fikrincə, bu, əsasən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəsinin milli maraqlarını maksimum qoruyaraq müstəqil siyasət yürütmək səyləri ilə bağlıdır:
"Hazırda Qazaxıstan Rusiyadan daha çox Çinlə, xüsusilə iqtisadi sahədə sıx əlaqələr qurur və bu istiqamətdə addımlar atılır. Lakin Moskvanın bu inkişaflara qısqanclıq və bəzən təhdidkar reaksiyası gözə çarpır. Qazaxıstan və Rusiya mətbuatında tez-tez belə fikirlər səslənir ki, vaxtilə Putin Şərqi Ukraynanın Rusiyaya, Qazaxıstanın şimal hissəsinin isə oxşar aqibətə məhkum olduğunu bildirmişdi. Rusiyanın Ukraynaya qarşı müharibəsi, şərq ərazilərini zəbt etməsi və Krımın ilhaqı bu iddiaları daha da qüvvətləndirir. Bundan əlavə, 1922-ci ildə SSRİ yaradılan zaman Rusiyanın Qazaxıstana beş ərazi verməsi və bunun nəticəsində Qazaxıstan SSR-inin formalaşması barədə geniş yayılan fikirlər də tarixi yanlışlıqlarla doludur. Rusiya siyasi rəhbərliyinin Qazaxıstanın qədim dövlətçilik tarixinin olmadığını, dövlətçiliyin yalnız Qızıl Orda dövründən başladığını deməsi də bu yanaşmanı gücləndirir".
Deputat deyib ki, səsləndirilən fikirlər fonunda rəsmi Moskvanın Qazaxıstanla bağlı siyasətində ciddi siyasi və hərbi təbəbatların ola biləcəyi düşünülür:
"2022-ci ildə Qazaxıstanda yaranan gərgin vəziyyətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qüvvələrinin Tokayevin xahişi ilə ölkəyə daxil olması da bu kontekstdə dəyərləndirilir. Lakin Rusiya bu hadisəni öz maraqlarına uyğun təqdim edir, guya Qazaxıstan hakimiyyətini "xilas edib". Tokayevin isə fikri başqadır, o bunu rədd edir və yardımın KTMT çərçivəsində, ümumi dəstək kimi qiymətləndirilməsini istəyir. Tokayev açıq şəkildə Rusiyanın ilhaq etdiyi əraziləri Rusiya torpağı saymadığını bildirərək, müstəqil və milli maraqları qoruyan siyasət yürütür. Bu da Moskva tərəfindən qəbul edilmir və belə yanaşmalar həzm olunmur. Buna görə də Qazaxıstanla Rusiya arasındakı təzyiqlərin artması və bu təzyiqlərin hərbi təbəqəyə keçməsi ehtimalı mövcuddur. Bu reallıqların fonunda Qazaxıstan ordusunun gücləndirilməsi üçün ciddi tədbirlər görülür və döyüşə hazırlıq səviyyəsi yüksəldilir. Qazaxıstan həmçinin Türk Dövlətləri Təşkilatının üzvüdür və Türkiyə, eləcə də digər üzv dövlətlərlə strateji əhəmiyyətli əlaqələrə malikdir".
Elman Nəsirov Rusiyanın problemlər yaşadığını qeyd edib:
"Rusiya artıq Ukrayna müharibəsində ciddi problemlər və böyük itkilərlə üzləşib. O, həm iqtisadi, həm də insan resursları baxımından zəifləyib. Belə vəziyyətdə Moskvanın yeni cəbhə açması ehtimalı zəifdir. Amma yenə də Rusiyanın Qazaxıstanın müstəqil siyasətini zəiflətmək üçün siyasi, diplomatik və lazım gəldikdə hərbi təzyiq mexanizmlərini işə salması gözləniləndir".

Siyasi       Tarix: 04 avqust 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda