Ordumuz Zəngəzura girəcək? - Blinkenin "xəbərdarlığı"

Ordumuz Zəngəzura girəcək? - Blinkenin "Politiko" nəşri "anonim mənbələri istinadla" "sensasion", əslində isə erməni lobbisinin iradəsinə və puluna uyğun iddia ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, nəşrin iddiasına görə, ABŞ Dövlət katibi Entoni Blinken amerikalı konqresmenləri "yaxın gələcəkdə Azərbaycanın Ermənistana təcavüzü təhlükəsi" ilə bağlı xəbərdar edib.
"Dövlət katibi Entoni Blinken keçən həftə kiçik bir qrup deputata xəbərdarlıq edib ki, onun ofisi Azərbaycanın Ermənistana qaçılmaz müdaxiləsi ehtimalını izləyir", – məqalədə bildirilib.
Qeyd olunur ki, Demokratlar Partiyasından olan bir qrup amerikalı konqresmen oktyabrın 3-də Blinkenə Qarabağda vəziyyətin son gərginləşməsi ilə əlaqədar administrasiyanın Azərbaycana qarşı hansı tədbirləri görə biləcəyi ilə bağlı sual verib.
Blinken cavab olaraq bildirib ki, ABŞ hakimiyyəti "Azərbaycanı məsuliyyətə cəlb etmək üçün imkanlar axtarır" və həmçinin Bakıya hərbi yardımın göstərilməsi məsələsinə yenidən baxmağı planlaşdırır.
"Blinken əlavə edib ki, Dövlət Departamenti Azərbaycanın yaxın həftələrdə Ermənistanın cənubunu işğal edə biləcəyini mümkün hesab edir", – nəşr yazıb.
Əslində, bu "sual-cavab"da iştirak edənlərin kimliyi haqda "Politiko"nun məlumatı yayılan informasiyanın məqsədinə və mahiyyətinə aydınlıq gətirir. Belə ki, "görüşdə iştirak edən demokrat konqresmenlər" Nensi Pelosi, Anna Eşu və Frenk Pallonedir. Hər 3 konqresmen qatı ermənipərəstlikləri ilə seçilirlər. Dəfələrlə Ermənistana səfər edən və Ermənistanın işğal siyasətini dəstəkləyən bu konqresmenlərin "Zəngəzura müdaxilə ediləcəyi barədə" Dövlət Departamenti rəhbərinə sual ünvanlaması və Azərbaycana təzyiqə çağırmasında qeyri-adi heç nə yoxdur.
Digər tərəfdən, mövzunu qaldıran və "dar çərçivədə" "xəbərdarlıq edənin" də Blinken deyil, bu konqresmenlər olduğu üzə çıxır. Məhz onlar "işğal ehtimalı" haqda sual veriblər, Blinken isə bu ehtimalın izlənə biləcəyini deyir, mediaya məlumat isə "Blinkenin Azərbaycanın hərbi təcavüz ehtimalını" qabartması kimi "sızdırılır" və yaxud "Politiko"ya məqalə bu cür sifariş edilir.
Əgər Blinkenin belə bir informasiyası varsa, bunu niyə yalnız və yalnız 3 ermənipərəst konqresmenlə müzakirə etməlidir?
Eyni zamanda bu "müzakirənin" mediaya "sızması" da ilgincdir. Ehtimal ki, "anonim mənbə" erməni lobbisinin arzusuna uyğun bu müzakirəni Dövlət Departamenti ilə aparan həmin ermənipərəst konqresmenlərdir. ABŞ Prezidentinə Azərbaycana hərbi yardımın dayandırılması barədə məktub ünvanlayan bu konqresmenlər fəaliyyətlərini genişləndirərək, ölkəmiz haqda "işğalçı" təəssüratı yaratmağa çalışır.
30 il müddətində Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğalda saxladığını "görməyən" bu ermənipərəst konqresmenlərin Azərbaycanı "ehtimali işğalda" ittiham etmə cəhdi sadəcə gülüncdür.
ABŞ Dövlət Departamenti Ermənistanın müstəqilliyi və suverenliyinə dəstəyini ifadə etməklə bu yöndən verilən sualı cavablandırıb və hər hansı açıqlamadan imtina edib. Yalnız onu bildirib ki, Ermənistanla Azərbaycan arasında danışıqlar gedir və ümidvericidir.
Xatırladaq ki, Frenk Pallone 11 oktyabrda "Əliyev Cənubi Ermənistanı ələ keçirmək məqsədi ilə irəliləyir" deyə X sosial səhifə hesabında iddia paylaşmışdı. Bu post da müzakirənin təşəbbüsçüsünün kim olduğu, "təcavüzü" kimin dilə gətirdiyi və mediaya bu məlumatı kimlərin "sızdırdığını" anlamağa yardım edir.
Sonda daha bir məqamı vurğulayaq: istər "Politiko"nun bu məqaləsi, istərsə də digər ABŞ və Qərb mediasında beynəlxalq səviyyədə Azərbaycanın ərazisi sayılan keçmiş "Dağlıq Qarabağ"ın Azərbaycan tərəfdən 19-20 sentyabrda "işğal edildiyi" yazılır. Azərbaycanın ərazisində olan torpağın "işğal edildiyini" yazmaq üçün erməni lobbisindən nə qədər rüşvət alındığını yalnız təsəvvür etmək qalır.
Bura BMT, AP, AŞPA-da əleyhimizə qəbul edilən son qətnamə və bəyanatları da əlavə etsək, mənzərə tamamlanır: Qərbdə Azərbaycana qarşı çox böyük, təhlükəli kampaniya gedir və bu, mediasını da əhatələyir.//Axar.az

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər ən son xeberler cəbhədən şad xəbər