Orqanizm üçün ən faydalı 50 bitki və qidalar - SİYAHI
"Time" jurnalı tarixin bütün dövrlərində orqanizm üçün ən faydalı olan 50 bitki və qidanın siyahısını dərc edib.
Milli.Az modern.az-a istinadən Tufts Tibb Mərkəzlərinin dietoloqlarının hazırladığı siyahıdan bəzi bitki və təamları təqdim edir:
1. Ghe yağı - hind mətbəxində istifadə olunur. Dadlı və orqanizm üçün faydalıdır. Duzsuz kərə yağından əldə edilir. Mədə-bağırsaq xəstəlikləri, dəri və gözaltı qırışları aradan qaldırır, qan dövranının fəaliyyəti üçün çox faydalıdır;
2. Harissa sousu - Mərakeş mətbəxinə aid olan həddindən artıq acı ədviyyatdır. Sousda bibər, zeytun yağı, sarımsaq və bəzi acı ədviyyatlardan istifadə olunur. Tərkibində xalestrol və şəkərin olmaması onun orqanizm üçün faydalılıq dərəcəsini artırır. İmmun sistemini gücləndirir.
3. Keçi pendiri - başqa ev heyvanlarına nisbətdə keçi pendirinin yağlılığı az olur. Bu da onun üstün tərəflərindən biridir. Əvəzində keçi pendirində inək pendirindən xeyli çox dəmir var. Bir kiloqramlıq keçi südündün tərkibində cəmi 8 qram yağ, 22 milliqram isə xalesterol olur. Bu da həzm sisteminin inkişafına xidmət edir;
4. Hind qozu - orqanizm üçün bir çox faydaları özündə cəmləşdirir. Tərkibindəki potasium əzələlərin inkişafına xidmət edir, əzələ yanmasının qarşısı alır. Bundan əlavə hind qozundakı maqnezium və fosforun da əlavə faydaları var. Lakin bu ünsürdən gün ərzində xüsusi rejimlə faydalanmaq lazımdır. Əks halda, əks nəticə verə bilər.
5. Ton balığı - həftədə 200 qram ton balığı yemək ürək xəstəliyi riskini 36% azaldır. Bu balıqlardakı yağ orqanizmə müsbət təsir göstərir. Xüsusən də göz və bağırsaq xəstəliyinə faydalı olan "Omeqa 3" yağları həm də ürək-damar sisteminə və beynin sağlam fəaliyyətinə kömək edir.
6. Spirulina - Sağlamlıq üçün kifayət qədər dəyərli olan su yosunudur. Spirulina ürək problemləri və maddələr mübadiləsinin düzgün reaksiyasına çox kömək göstərən qidadır.
7. Limon - bu bitkinin faydalarından danışmaq artıqdır. C vitamini anbarı hesab edilən limon daxili və xarici xəstəliklər, ürək-damar sisteminin düzgün fəaliyyəti, qan dövranının aktiv fəaliyyəti üçün çox xeyirlidir. Tərkibində cəmi 1,5 qram şəkər, 0,2 qram protein var. Odur ki, ondan çox istifadə bədəndəki maddələr mübadiləsinin pozulmasına səbəb olmur.
8. Bənövşəyi kartof - antik dövrün qidası hesab olunur. Hətta onu adi insanlar və qullar yeyə bilməzdilər. Müqəddəs hesab edilən bitki əsasən, Cənubi Amerikada bitir. Lakin son illərdə Avropada da istehsalı ilə məşğul olurlar. Yediyimiz kartofdan 10 dəfə faydalı hesab edilir.
Siyahının növbəti pillələrində olan bitki və qidalar bunlardır: manqo, çiyələk, böyürtkən, gilənar, Lahana turşusu, Meksika spagettisi, alma, pencər, gül kələm, balqabaq, Kimçi sousu, zeytun, zəncəfil kökü və s.
Milli.Az /news.milli.az

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ