"Orqanizm xolesterinsiz də yaşaya bilməz" – Həkimdən vacib AÇIQLAMA
" class="imgbcode" />Sağlamlıq haqqında danışılanda həkimlər ilk növbədə qanda xolesterinin miqdarını ölçməyi tövsiyə edirlər. Xolesterinin yaratdığı təhlükə və onun infarkta səbəb olması adi hal alıb. Həkimlər də qanda xolesterinin artıq olmasını risk qrupuna aid edirlər və bildirirlər ki, xolesterin damarların tıxanmasına və ölümə səbəb olur. Amma iş orasındadır ki, orqanizm xolesterinsiz də yaşaya bilməz. Sadəcə onu normada saxlamaq lazımdır. Qanda xolesterinin səviyyəsini saxlamaq üçün bu maddə ilə zəngin olan qidalardan imtina etməyə dəyərmi?
KONKRET az. xəbər verir ki, Rusiya telekanallarının birində çıxışı zamanı professor Yelena Malışeva bildirib ki, xolesterin yüksək olan qidalar qırmızı kürü, kərə yağı, yumurta sarısı və qaraciyərdir: "Bu siyahıdakı məhsullardan xolesterin ən çox yumurta sarısındadır. İkinci yerdə kürü, üçüncü yerdə isə qaraciyər durur. Bundan əlavə, Malışeva qeyd edib ki, bütün qabıqlı balıqlarda olduğu kimi, ətdə də çoxlu xolesterin var.
Xolesterin niyə lazımdır?
Malışeva bildirib ki, xolesterin yağları saxlayan bir spirtdir. Bundan əlavə, xolesterin kişi cinsi hormonları, "D" vitamini istehsalının stimullaşdırılması, həzm və öd istehsalı üçün böyük əhəmiyyət kəsb edir: "Və burada sual yaranır: qida ilə xolesterini artırdıqda infarkt riski necə dəyişir? Biz başa düşməliyik ki, xolesterin əsasən qaraciyər tərəfindən istehsal olunur, yalnız 15%-ni xaricdən alırıq və 85%-ni bizə qaraciyər verir. Üstəlik, onun istehsalı xüsusilə gecələr aktivləşir. Xolesterini ehtiva edən qidaları qəbul etməyi dayandırsaq, onu aşağı sala bilərikmi? Bu, qismən mümkündür".
Beləliklə, yumurtanın xolesterin səviyyəsini artırmadığı sübut edilib. "Bir insanın qanında xolesterinin səviyyəsi yüksəkdirsə, qida ilə mübarizə aparmaq deyil, qaraciyərdə onun meydana gəlməsini əngəlləyən xüsusi dərmanlardan istifadə etmək lazımdır", – deyə professor bildirib.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var