Orqanizmdə XOLESTERİNİ salan yeni dərmanlar - Statinlərdən qat-qat effektlidir
Damarlarda xolesterinin (piyə oxşayan maddə) yığılması aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin ilk səbəbidir. İnsanda yüksək xolesterin təyin olunduqda həkim ona xolesterini salan xüsusi preparatları təyin edir.
Adətən bu məqsədlə statin preparatlarında istifadə olunur. Lakin bir çox mütəxəssislərin fikrinə görə, statinlərin effektivliyi azdır, yanaşı təsirləri isə çoxdur.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Rusiyalı kardioloq Yaroslav Aşıxmin "Аргуименты и факты" nəşrinə orqanizmdə yüksək xolesterini salan yeni preparatlar haqqında məlumat verib.
2015-ci ildə sintez olunmuş yeni "evolokumab" və "alirokumab" adlı preparatlar statinlərdən qat-qat daha effektlidir. Bu preparatların köməyi ilə 70% xəstələrdə xolesterini aşağı salmaq mümkündür. Aşıxminin sözlərinə görə, bu çox yaxşı nəticədir.
Kardioloq qeyd edib ki, bir çoxlarının bu preparatlar haqqında məlumatı yoxdur.
Yeni dərmanlar xolesterinin mübadiləsində iştirak edən PCSK9 fermentinin aktivliyini azaldır. Məhz bu fermentin aktivliyinin artması xolesterinin səviyyəsini qaldırır.
Milli.Az /news.milli.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ