Orta məktəblərdə din tədris olunacaq? - RƏSMİ CAVAB
Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Bu Konstitusiyamıza ziddir. Çünki Konstitusiyamıza əsasən, din dövlətdən ayrıdır, eyni zamanda, təhsil dünyəvi xarakter daşıyır.
azxeber.com xəbər verir ki, bunu apa-ya müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, orta məktəblərdə yalnız dinlər haqqında biliklərin verilməsindən söhbət gedə bilər.
"Burada da biz yalnız İslamla bağlı bilikləri nəzərdə tutmuruq. Hesab edirik ki, İslam, yəhudilik, xristianlıq, ümumiyyətlə, dünyadakı bütün dinlərlə bağlı gənclərə, böyüməkdə olan nəslə dünyagörüşü istiqamətində informasiya verilməsi olduqca önəmlidir. Əgər gənclərimizə bu informasiyanı biz versək, onlar müstəqil həyata qədəm qoyduqdan sonra radikal, xurafatçı dini qrupların təsiri altına düşməzlər. Eyni zamanda, onu da deyim ki, bununla bağlı ayrıca fənnin tədris olunmasına ehtiyac da yoxdur. Bu biliklər tarix, coğrafiya, ədəbiyyat, Həyat bilgisi kimi humanitar fənlərin içərisində yer alır", - komitə sədri deyib.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR