Orxan Amaşov: 'Rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib

Orxan Amaşov: 'Rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib"Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində mühüm addımdır".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Caliber.az-ın jurnalisti Orxan Amaşov Polşanın "TVP World" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Bakı heç vaxt etnik erməniləri Qarabağı tərk etməyə təşviq etməyib: "Lakin müxtəlif ölkələrdəki erməni diasporu bu prosesdə mühüm "rol" oynayıb".
"Azərbaycan hesab edir ki, Qarabağın erməni əhalisini saxlamaq vacibdir, çünki Bakı onlara vətəndaşı kimi baxır. Başa düşürük ki, antiterror tədbirləri həyata keçirildikdən sonra bəzi insanlar dezinformasiya üzündən özlərini təhlükəsizlikdə hiss etməyib və oranı tərk etmək qərarına gəliblər", - o vurğulayıb.
O. Amaşov BMT missiyasının Xankəndiyə səfər etdiyini və heç kimin insanları Qarabağ bölgəsini tərk etməyə məcbur etmədiyini, mülki infrastruktura heç bir ziyan dəymədiyini təsdiqlədiyini xatırladıb: "Odur ki, insanlar geri qayıda və onlara təklif olunan reinteqrasiya proqramından yararlana bilərlər. Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşlığı üçün müraciət etməklə ölkənin digər vətəndaşları ilə eyni imtiyaz və hüquqlardan istifadə edə biləcəklər".
Onun sözlərinə görə, Azərbaycan Qarabağ üzərində suverenliyini bərpa etdikdən sonra Bakı ilə İrəvanın uzun müddətdir ki, gözlənilən sülh sazişini imzalamaq imkanı var: "Çünki buna əsas maneə olan boz zona artıq mövcud deyil".

Siyasi       Tarix: 08 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal bugun son xeber az son xeberler az kriminal xeber