Orxan Məmmədov: "Qarabağdakı aeroportlar turizmin inkişafına imkan yaradır
Orxan Məmmədov: "Qarabağdakı aeroportlar turizmin inkişafına imkan yaradır"
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki yeni hava limanları turizmin inkişafına imkan yaradır".
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Bakı KOB Evi"ndə keçirilən "Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər" adlı tədbirdə bildirib.
"Hazırda Füzuli və Zəngilan beynəlxalq hava limanları istifadədədir. Bu ilin sonunda və yaxud gələn ilin əvvəlində Laçın aeroportunun da açılacağı gözlənir. Bu da həmin regionlarda turizmin inkişafına imkanlar yaradır. Hesab edirəm ki, Qarabağda turizmin inkişafı üçün KOBİA, Dövlət Turizm Agentliyi və assosiasiyalar sıx əməkdaşlığı davam etdirməlidirlər. KOBİA olaraq hər zaman sahibkarların yanındayıq və onlara hər cür dəstək göstərməyə hazırıq", - deyə o qeyd edib.
O.Məmmədovun sözlərinə görə, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib və əvvəlki göstəriciləri bərpa etmək üçün işlər görülür:
"2019-cu ildə Azərbaycana 3,2 milyon turist gəldiyi halda, 2020-ci ildə bu rəqəm 795 min, 2021-ci ildə isə 792 min olub. Yalnız karantin rejiminin yumşaldılması hesabına 2022-ci ildə 1 milyon 602 min turist Azərbaycanı seçib. Bu rəqəmlər bir daha göstərir ki, pandemiya turizm sektoruna mənfi təsir edib və turist axını göstəricilərinin pandemiyadan həddə çatdırmaq üçün işlər görülür".
"Azərbaycan dövləti qeyri-neft sektorunun, konkret olaraq turizmin inkişafında maraqlıdır və sektora davamlı dəstək verir. Bu vaxta qədər KOBİA-nın dəstəyi ilə regionlarda 65 qonaq evi yaradılıb. Koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bu sektorun inkişafına daha geniş şərait yaranacaq", - deyə O.Məmmədov əlavə edib. / oxu.az

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu