"Oskar" mükafatlı rejissor SAXLANILDI
"Oskar" mükafatı laureatı kinorejissor Pol Haqqis saxlanılıb.
KONKRET.az "CNN"ə istinadən xəbər verir ki, 69 yaşlı Kanada əsilli rejissor və ssenarist İtaliyanın cənubundakı turizm şəhəri Ostunidə cinsi təcavüz və ağır yaralama ittihamları ilə saxlanılıb.
Haqqisin İtaliyadakı vəkili Mikel Laforcia mətbuata açıqlamasında faktı təsdiqləyib: "Pol Haqqis hazırda Ostunidə, prokurorun əmri ilə ev həbsindədir. İlkin araşdırmalar və faktlarla bağlı öz versiyamızı təqdim etmək üçün hakim tərəfindən çağırılmağı gözləyirik".
İttihama görə, rejissor bir əcnəbi qadına iki gün ərzində cinsi təcavüz edib, daha sonra onu pis fiziki və psixoloji vəziyyətdə Brindizi hava limanında yola atıb. Aeroport əməkdaşları və dövlət sərhədçiləri qadına yardım göstərərək onu xəstəxanaya yerləşdiriblər. Daha sonra qadın polisə şikayət edib, nəticədə Haqqis saxlanılıb.
Pol Haqqis vəkili vasitəsilə mətbuata açıqlama ilə çıxış edib. O, günahsız olduğunu və məsələnin təcili olaraq ciddi araşdırılmasını tələb edib.
Qeyd olunur ki, 2017-ci ildə də rejissora qarşı cinsi təcavüzlə bağlı ittiham irəli sürülüb.
Xatırladaq ki, P. Haqqis "Toqquşma" (2004) və "Milyon dollarlıq gözəlçə" (2004) filmlərinə görə "Oskar" mükafatına layiq görülüb.//Qafqazinfo
Turlar.az [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR