Öskürəyi kəsir, immuniteti qaldırır, dərini gözəlləşdirir
Soyuq havada xəstəlik ehtimalı daha çox olduğundan süfrənizdə daim immuniteti gücləndirən qidalar, meyvələr olmalıdır. Mövsüm dəyişikliyi ilə insanların immunitetə daha çox eytiyacı var.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, belə meyvələrdən biri də heyvadır. A, B, C vitaminləri və potaşla zəngin olan heyva xərçəng, bağırsaq problemləri, öskürək kimi bir çox xəstəliklərin şəfasıdır. Heyva vitamin və minerallarla çox zəngindir. 100 qram heyvada gündəlik tələbatımızın 25%-ni qarşılayacaq qədər C vitamini var.
Heyva immuniteti gücləndirməklə yanaşı, xolestrolu tənzimləməkdə də mühüm rol oynayır. Dərinin sağlam olması və gözəl görünməsi üçün də faydalıdır. Heyva suyu və çayını içənlərdə dəri ləkələri azalır və insanın daha gənc görünməsini təmin edir.
80%-i sudan ibarət olan heyvanın kalorisi də azdır. 100 qram heyvada 55 kalori var. Heyvadakı pəhriz lifləri də arıqlamağa kömək edir. Həzm sistemi xəstəliklərinin, ishal, mədə ağrıları və ürəkbulanması üçün də heyva əvəzsizdir. Tərkibindəki potaş sayəsində qan təzyiqi nəzarətdə saxlanılır və böyrəkləri qoruyur. Suyu və çayı qripdən sağalmağın ən ideal vasitəsidir.
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar