Osloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib - FOTO

Osloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib - FOTOOsloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib - FOTO
Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti Stortingetin binası qarşısında erməni terrorunu pisləyən icazəli aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, "CAN" Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada azərbaycanlılarla yanaşı, türk və Pakistan icmalarının nümayəndələri də iştirak edib.
Aksiyanın təşkilatçısı, "CAN Azərbaycan" təşkilatının rəhbəri Şərvin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Gəncə və Bərdə şəhərlərində, eləcə də Azərbaycanın digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.
Aksiyada Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu faktın "Amnesty İnternational", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Sonra terror qurbanlarının xatirəsi yad edilib.
Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz "Qarabağ Azərbaycandır!", "Erməni terroruna son!", "Uşaq ölümünə son!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!","Ermənistan, BMT qətnamələrinə əməl et!" kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, Azərbaycanın və ölkəmizə dost münasibət bəsləyən ölkələrin bayraqlarını meydanda dalğalandırıblar.
Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başa çatıb.
Osloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib - FOTOOsloda azərbaycanlılar parlament binası qarşısında etiraz aksiyası keçirib - FOTO

Sosial       Tarix: 01 noyabr 2020
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler kriminal son xəbərlər azərbaycanda xeber.az bu gun