Otel otağında qadına 6 saat işgəncə verdi - Polis saxladı

Otel otağında qadına 6 saat işgəncə verdi - Polis saxladı47 yaşlı Otteva Elvira sevgilisi Alp Mutlu ilə İstanbulda bir otelə gediblər. Otel otağında zorakılığa məruz qalan qadın sevgilisi bazara gedən kimi oteldən qaçmağı bacarıb.
Hadisənin detallarına nəzər salaq:
Rusiyada yaşayan 47 yaşlı Otteva Elvira bir il əvvəl fotolarını sosial mediada bəyənən 40 yaşlı Alp Mutlu ilə dost olub. Avtomobil sənayesində çalışan Alp Mutlu qadını İstanbula dəvət edib. Rusiya ilə Türkiyə arasında gediş-dönüş bir müddət davam etdirilib. Otteva Elvira 13 martda sevgilisini görmək üçün bir daha İstanbula gəlib. Cütlük Ataşehirdeki bir otelə yollanıb.
Otteva Elviranın iddiasına görə, görüşdükləri ilk günün sonunda Alp Mutlu qadının keçmiş ərini və 25 yaşlı oğlunu qısqanaraq iki gün ərzində ona saatlarla işgəncə verib. Tanınmaz hala gələn qadın, Alp Mutlu bazara getmək üçün otaqdan çıxanda otelin mühafizə xidmətinin yanına qaçıb. Polis tərəfindən nəzarətə alınan Alp Mutlu məhkəmə zalında "işgəncə" maddəsi ilə həbs olunub.
Xəstəxanaya müalicə üçün aparılmış Otteva Elvira polisə oteldəki iki günlük dəhşəti haqqında bunları deyib: "Oteldəki ilk günümüz çox gözəl keçdi. Mənə,-"Niyə uşaq sahibi olmuruq?" "Keçmiş ərin niyə səndən böyükdür?",- kimi suallar verirdi. Mən də qısqandığını düşünürdüm. 14 martda çox içdi və məni döyməyə başladı. Məni döyərkən də, "niyə o uşağı dünyaya gətirmisən", "sənin üzünü kəsəcəm, öldürəcəm",-deyə qışqırırdı.
İlk gün məni 5 saat yumruqladı. Üzümdən axan qan əlinə bulaşmışdı. Əlindəki ​​qanı yalayaraq,- "Nə qədər gözəl dadı var",-deyirdi. Mən heç nə edə bilmədim. Ertəsi gün 6 saat döyməyə davam etdi. Əlinə keçən hər şeyi üstümə atırdı. Başımdan təpik vurub, saçlarımı yolurdu. Martın 15-də bazara getmək üçün otaqdan çıxdı. Mənə də dedi ki, qanı təmizlə, indi gəlirəm. O gedən kimi dərhal otelin mühafizə əməkdaşlarının yanına getdim və kömək istədim. Məni bir otağa bağladılar və polis çağırdılar. Sonra Alp məni yenidən tapdı. Döyməyə davam edərkən polislər gəldi və xilas etdilər". (Sivil.az) / konkret.az

Hadisə       Tarix: 08 may 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı

Xəbər verdiyimiz kimi, Baş Prokurorluq Türkiyənin 7 vətəndaşına qarşı cinayət işi açıb ki, onlardan da biri Fateh Tezcandır. -a istinadən xəbər verir ki, Fateh Tezcan 1976-cı ildə İstanbulun Bakırköy rayonunda anadan olub

"Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR

Paytaxtın Xəzər rayonunda yaxın qohumunu güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Pərviz Xudaverdiyev və onun əmisi oğlu Seymur Xudaverdiyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası baş

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?

Vətəndaş Bakı-Sumqayıt ("Riyad" TM ərazisində-red.) yolunda "Bolt" şirkətinə məxsus taksi sürücüsü tərəfindən hədə-qorxusu və zorakılığa məruz qaldığını iddia edir. xəbər verir ki, Elvira Vəliyeva bu barəd

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi


yeni xeberler azerbaycan xeberleri son xeberler havanın temperaturu en son xeberler cəbhədən son xəbərlər 2026 son xeberler 2026