Oteldən televizor oğurladı, 2 həftə sonra gətirib yerinə qoydu
Qəbələdə yerləşən "Qafqaz Termal Hotel Spa"dan oğurluq edilib.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəni 17 yaşlı A.Quliyev (şərti) törədib. Belə ki, o, bu il yanvarın 16-da pəncərəni sökməklə hotelə daxil olub. 150 manat dəyərində televizoru oğurlayıb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, A.Quliyevin evi hotelə yaxın olub. Gecə 2-də oyanaraq qonşularının bağ sahəsi ilə hotelin həyətinə, sonra otağa daxil olub. Qiymətli əşya tapa bilmədiyindən divardan asılmış televizoru söküb çıxarıb. Evə gəldikdən sonra televizoru tövlədə otluqların içərisində gizlədib. Lakin bir neçə gün sonra onu polis şöbəsinə izahat verməsi üçün çağırıblar. Bundan sonra o televizoru yerinə qoymaq qərarına gəlib. Yanvarın 30-da yenidən hotelə gəlib televizoru oğurladığı otağın qarşısına qoyaraq oradan uzaqlaşıb. Sonradan onu Qəbələ RPŞ-yə dəvət edən zaman televizorun üzərində onun əl izləri çıxıb və X.Quliyev əməlini etiraf edib.
Hotel rəhbərliyi təqsirləndirilən şəxsdən şikayətçi olmayıb. Məhkəmə bunu və şəxsin yetkinlik yaşına çatmadığını nəzərə alaraq, ona 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası verib. Belə ki, X.Quliyev bu müddətdə axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini, digər saatlarda isə Qəbələ rayonunu tərk etməməlidir. Üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat