Otelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədar həbs edildi

Otelin 4 işçisinin ölümündə təqsirləndirilən icarədar həbs edildiXəbər verildiyi kimi, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən "Lake Hotel"in işçiləri — 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə azxeber.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət işi üzrə prokuror-kriminalist və müvafiq ekspertin iştirakı ilə hadisə yerinin ətraflı müayinəsi aparılaraq maddi sübutlar toplanıb, çoxsaylı istintaq hərəkətləri yerinə yetirilib, habelə ekspertizalar təyin olunub.
Toplanmış sübutlarla "Lake Hotel"in icarədarı Ağasif Verdiyev tərəfindən elektrik şəbəkəsinin mühafizə zonası ərazisində planlaşdırılan və həyata keçirilən işlər zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli Qərarı ilə təsdiq olunmuş "Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair Tələblər"ə və digər normativ aktlara zidd olaraq texniki təhlükəsizlik və əmək mühafizəsi qaydalarını pozmasına əsaslı şübhələr müəyyən edilib.
Ağasif Verdiyev noyabrın 21-də cinayət işi üzrə rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
Noyabrın 22-də A.Verdiyev Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunub.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında A.Verdiyevin barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir və baş vermiş hadisədə təqsiri olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Sosial       Tarix: 22 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberlər sosial yardim cəbhədən xəbər gunun xeberleri