Ötən il 1 ton 873 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.
DİN Mətbuat Xidmətindən Open.az-a verilən məlumata görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.
Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil verilib. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
İnsan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.

Ararat Mirzoyandan ŞOK AÇIQLAMA: "Sülh müqaviləsindən əvvəl bunu edə bilərik"
Tokayev Türkiyəyə gedir
Türkiyədə Azərbaycana dair paylaşımlar edən şəxslər saxlanıldı
Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür - Dövlət Bağçalı
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib