Övladları 1-ci sinfə gedəcək valideynlərin diqqətinə: Son 3 gün

Övladları 1-ci sinfə gedəcək valideynlərin diqqətinə: Son 3 günMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərə xəbərdarlıq edib.
azxeber.com-un məlumatına görə, xəbərdarlıqda bildirilib ki, birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart saat 18:00 tarixində yekunlaşır.
Vətəndaşlar bu müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub 14 mart saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.
Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.
Qeyd edək ki, 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.

Sosial       Tarix: 12 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Naxçıvan reysləri hava şəraitinə görə geri qayıtdı

Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb. xəbər verir ki, bu haqda "Azərbayca

"WhatsApp"da mesaj göndərmək üsulu dəyişdi

"WhatsApp" məxfilik funksiyalarını genişləndirməyə hazırlaşır. xəbər verir ki, platforma artıq mətn mesajları üçün də "bir dəfə bax" (View Once) funksiyasını sınaqdan keçirir. Bu yenilik sayəsində istifadəç

Bakının bu rayonlarında işıq olmayacaq - Xəbərdarlıq

Yasamal və Nizami rayonlarında elektrik şəbəkəsində təmir işləri həyata keçiriləcək. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ

Tanınmış blogerə ağır itki: Bacısı qəzada vəfat etdi

"Narmiw.Niko" bloqunun sahibi Nərmin Əliyevanın bacısı Məryəm avtoqəzada həlak olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bloqer bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Bu dünyadan bi

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

Bir sıra şəxslərin kredit faizlərini DÖVLƏT ÖDƏYƏCƏK

Kənd Təsərrüfatı Nazirliyi birillik əkin aparan fermerlərə yeni dəstək mexanizminin tətbiqinə başlayır. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Bildirilib ki, yeni dəstək aləti aqrar sahəyə özəl sekto

Qızılın qiyməti 4250 dollardan aşağı düşdü

Nyu-Yorkun "Comex" birjasında 2026-cı ilin avqust ayında çatdırılma üçün qızıl fyuçerslərinin qiyməti 23 martdan bəri ilk dəfə troya unsiyası üçün 4 250 dollardan aşağı düşüb. xəbər verir ki, bunu ticarət platformasını

Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi bu gün, paytaxtın "Azadlıq" metrosu yaxınlığında bir qadının hərəkətdə olan avtomobilin üzərinə uzandığı anlar lentə alınıb. xəbər verir ki, paytaxtın Nəsimi rayonunda avtomobil yolunda qeyri-adekva

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 15-i saa


son xeberler azerbaycan xeberleri yeni xeberler dunyada son xeberler xankendi enson xeberler cəbhədən son məlumat