"Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm"

"Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm""Ən çox London üçün darıxmışam. İlk dəfə həyat yoldaşımla orada 1998-ci ildə olmuşam. Yağışlı və tutqun havasını heç sevməmişdim. Amma şəhər özü maqnit kimi cəlb edicidir - İstanbul kimi...".
Open.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb.
İfaçı uzun müddətdir xaricdə yaşayan övladlarını görə bilmədiyini vurğulayıb: "Böyük oğlum orda təhsil alacaqdı. Bunu hələ övladım olmazdan əvvəl arzu etmişdim. Həmişə övladlarım oğlan olacaq (qız istəmirdim, çünki qadın olmaq heç asan deyil) və Avropada təhsil alacaqlar deyirdim. Rəfiqələrim qəribə baxırdılar mən belə danışanda. Nə demişdimsə, necə istəmişdimsə, elə də oldu.
Oğlumun 5 yaşı olanda 2000-ci ildə xaricə məktəbə imtahan verib qəbul oldu (Oxford məktəbi). Orada oxuyub bitirəndən sonra İngiltərənin ən yaxşı 6 universitetinə qəbul olundu və ən yaxşısını məsləhətləşıb seçdik. 16 yaşında onu başqa ölkəyə təhsil almağa göndərdim. Ağır oldu mənim üçün... Bir ana kimi, amma arzum idi.
Tək yaşamağı, öz ayaqları üstə durmağı bacarmalı idi. Bacardı da. Şükür...
Londonu məhz oğlum orada yaşayanda sevdim. 5 il orada yaşadı. Ortancıl oğlum da eyni məktəbdə təhsil alırdı və onun da Londonu seçəcəyinə əmin idim. Amma olmadı. Onu həm də yay məktəbinə göndərdim, qardaşı kontrol edəcəkdi. Getdi-gəldi ki, bəs mən Amerikada təhsil alacam, ora mənlik deyil. Məyus oldum, amma necə istəyirsən elə olsun dedim. İmtahan verdi və ən yaxşı universitetə qəbul oldu.
Böyük oğlum da köçdü Amerikaya (işləyir orada) və indi hər ikisi xaricdə yaşayırlar. Amerikanı heç sevə bilmədim. 1 dəfə getdim 1999-cu ildə və sonra getmək istəmədim. Fevralda 1 illik viza aldıq kiçik oğlumla Novruz bayramını qardaşları ilə Amerikada qeyd edəcəkdi, alınmadı, gedə bilmədik ( pandemiyaya görə).
İngiltərəyə isə 5 illik vizam var. Orada ailəvi dostlarımız yaşayır. Bu vaxtlar oralar çox gözəl olur. Payızı orada daha çox sevirəm. Payızın gəlişini Londonda qarşılamağın başqa həzzi var.
Heyif ki, indi həyatımızın, arzularımızın idarəsi öz əlimizdə deyil. Sabah nə olacaq bilmirik. Heç evimizdən istədiyimiz vaxt çıxa biləcəyimiz də bizə məlum deyil. Övladlarımla nə vaxt görüşə biləcəyimi də bilmirəm".

Şou Biznes       Tarix: 26 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c


son xeberler azerbaycan xeberleri yeni xeberler az xeber valyuta mezennesi sou biznes xəbər