Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO

Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO
Kubra Məhərrəmova yazır...
"Ağdamın səsi necədir, nədir?" sualını mənə versələr, deyərəm ki, Qədir Rüstəmovun ifasında "Sona bülbüllər"dir Ağdamın səsi. 
Ağdamın xarabalıqlarını ilk dəfə öz gözümlə görəndə düşündüm ki, görəsən Qədir əmi Ağdamı bu halda görsəydi, nə deyərdi? Görəsən yenə yanğılı səsi ilə "Sona bülbüllər"i ifa edərdi?  
O "Sona bülbüllər" ki, Ağdamın bərq vuran vaxtlarını da görüb, Ağdamın şəhid verdiyi vaxtları da.  
Əslində Ağdam özü şəhid olub o vaxtı.
Pənahəli xanın qəbri dağıdılanda, Uzundərədəki "Şəhidlər xiyabanı" yerlə-yeksan olunanda, "Seyidlər piri" tövləyə çevriləndə, "İmarət" başımıza uçurdulanda... 
Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO Uzundərədəki "Şəhidlər xiyabanı" bildiyiniz çöllükdür, bir nişanə, bir başdaşı yoxdur ki, adam söykənib ağlasın. Bir məzar yoxdur ki, ruhuna "Fatihə" desin. 
Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO Ermənilər Ağdamın dirisiylə də, ölüsüylə də 27 il müharibə edib. Bütün qəbirstanlıqları, bütün pirləri dağıdıblar ki, bizdən heç bir nişanə qalmasın. Bütün evləri dağıdıblar ki, biz bir daha qayıda bilməyək, bütün ağacları kəsiblər ki, "Sona bülbüllər" bir daha oxumasın.  
Di gəl ki, düşmən bizi məhv etməyə çalışdıqca biz gücləndik, biz böyüdük. Biz şəhid məzarlarını qazdıqca, sevdiklərimizi məzara gömdükcə, ruhumuz ölmədi, kəfənlənmədi. Biz dərdimizi kəfənləyib dəfn etdik. Dərd geyimini çıxarıb, döyüş geyimini geydik. 27 il sonra topa-topa itirdiyimiz torpaqları qarış-qarış geri aldıq.  
Bu gün Ali Baş Komandanın iradəsi və mərd oğullarımızın qolunun gücünün sayəsində Ağdamı azad gördük. Ağdamda yeganə salamat qalan tikili məhşur Cümə məscidini gördük. Məscidin damından viran qalmış Ağdamı gördük.  
Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO Oxu, Qədir əmi, oxu, Ağdam qayıtdı... - FOTO Biz bir dəfə gördük, Cümə məscidi isə 27 il hər gün sökülən-dağıdılan Ağdamı gördü. 1992-ci ildə Xocalıda qətlə yetirilən şəhidləri gördü. Azərbaycanın hər yerindən döyüşməyə gələn oğulları gördü. Nəhayət, 27 il sonra qələbə qazanan ordunun Ali Baş Komandanını gördü. 
Bütün bu müsibətlərdən sonra yenə onun torpaq döşəməsində səcdəyə gedən insanları gördü. 
Bu yaz Cümə məscidi yenə "Sona bülbüllər"i görəcək. Qədir əminin səsi yenə pərvaz edəcək.
Uzaqdan əsən isti yaz küləyi ilə qoşalaşıb oxuyacaq: 
Su atdım yara dəydi, sona bülbüllər,
Əlim divara dəydi, saçı sünbüllər,
Dilim-ağzım qurusun, sona bülbüllər,
Nə dedim yara dəydi, saçı sünbüllər
Elə yar-yar deyirlər, heç məni demirlər,
Ay sona bülbüllər... 
Ağdam işğal altında olanda bu mahnı mənə ağı kimi gəlirdi. 
Bu gün isə ümid nəğməsidir.

Sosial       Tarix: 16 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar