Oxu.Az-ın fotoqrafı beynəlxalq mükafat qazanıb - FOTO
Oxu.Az-ın fotoqrafı beynəlxalq mükafat qazanıb - FOTO
Bu gün Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinin futbol meydançasında karantin qaydalarına uyğun formada, açıq havada "Gilavar" Azərbaycan Foto Klubunun "Foto Kadr 2019" təqdimat və mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə ötən il klub tərəfindən Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) və Amerika Fotoqrafiya Cəmiyyətinin xüsusi icazələri ilə "Spring Clicks Circuit 2019" adlı beynəlxalq foto müsabiqə həyata keçirildiyi bildirilib. Klub tərəfindən təşkil edilən foto müsabiqəyə 56 ölkədən 315 fotoqraf 4 067 foto təqdim edib. Fotoların qiymətləndirilməsi beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində Azərbaycan, Makedoniya və Monteneqrodan olan peşəkar fotoqraflardan ibarət münsiflər tərəfindən aparılıb. Azərbaycanlı fotoqraflar bu yarışda ümumilikdə 13 mükafat qazanıblar.
Bildirib ki, "Gilavar" Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq fərdi foto müsabiqələrdə iştirak edərək mükafatlar qazanırlar. 2019-cu ildə klub üzvləri olan fotoqraflar 44, ümumilikdə isə il ərzində 69 beynəlxalq mükafat əldə ediblər. Qalib fotoqrafların işləri isə müsabiqələrin keçirildiyi ölkələrdə sərgilənir.
Diqqətə çatdırılıb ki, azərbaycanlı fotoqraflar təkcə fərdi şəkildə deyil, eyni zamanda klub şəklində də beynəlxalq foto aləmdə təmsil olunublar. Belə ki, ötən il İspaniyada keçirilən federasiyalararası bienal foto müsabiqəsində Azərbaycan 22 fotoqrafla təmsil edilib. Ümumilikdə 1118 foto təqdim olunan müsabiqədə azərbaycanlı fotoqraflar 328 bal toplayaraq komanda hesabında 45 ölkə arasında 14-cü olub. Fərdi qiymətləndirmədə Oxu-Az-ın fotoqrafı Ramil Zeynalovun "Mən qalibəm" fotosu Kataloniya Fotoqrafiya Federasiyasının mükafatını qazanıb.
Klubun həmsədri Rəşad Mehdiyev bildirib ki, o eyni zamanda, Beynəlxalq Foto Sənəti Federasiyasının Azərbaycan üzrə təmsilçisi statusuna malikdir və FIAP təşkilatı ilə fotoqraflar arasında bir körpü funksiyasını yerinə yetirir. Məlumat verilib ki, 3-4 il öncə bu cür müsabiqələrə qatılan fotoqrafların sayı üç idisə, hazırda ümumilikdə 20-25 arasıdır. 2015-ci ildən bu tərəfə FIAP himayədarlığı altında foto müsabiqələrdə azərbaycanlı fotoqraflar tərəfindən 230-dan artıq müxtəlif mükafat qazanılıb. Bunlar arasında müxtəlif fotoqrafiya təşkilatlarının və foto klubların qızıl, gümüş və bürünc medalları, xüsusi lentlər, diplom və sertifikatlar yer alır. Fotoqraflarımız ölkəmizin adına 70-ə yaxın medal qazanıblar ki, onlardan 33-ü qızıl medaldır.
Sonra klub tərəfindən təşkil edilən beynəlxalq yarışlarda fərqlənən azərbaycanlı fotoqrafların mükafatlandırılması mərasimi keçirilib. Müsabiqənin ən yaxşılarına medallar, xüsusi lentlər və diplomlar təqdim olunub. Azərbaycan foto sənətinə göstərdiyi informasiya dəstəyinə görə Azərbaycan Televiziyası (AZTV) və "SalamNews" İnformasiya Agentliyi "Gilavar" Azərbaycan Foto Klubu tərəfindən xüsusi diplomla təltif ediliblər. Bundan əlavə, ötən ilin dekabr ayında Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adlarını qazanmış fotoqraflar Kərim Abbasov və Nadejda Cavadovaya bu qurumun xüsusi diplomları təqdim edilib.
















Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR