Öz evini yandıran şəxs öldü - FOTOLAR / YENİLƏNİB
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda öz evini yandıran şəxs ölüb.
KONKRET.az xəbər verir ki, rayonun Didivar kəndində öz evini yandıran sakin, 1960-cı il təvəllüdlü Allahverdiyev Nurəddin Tarverdi oğlu hadisədən 3 saat sonra vəfat edib.
Onun ölümünə tüstüdən zəhərlənməsi səbəb göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bir neçə saat əvvəl Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində alov ətraf əraziyə genişlənməsinə imkan verilmədən söndürülüb.
İlkin məlumata görə, evi N.Allahverdiyev spirtli içki qəbul etdikdən sonra yandırıb.
23:19
Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Babək rayonu, Didivar kəndində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
KONKRET.az xəbər verir ki, məlumatla əlaqədar Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının genişlənməsinə imkan verilmədən söndürülüb.
İlkin məlumata görə, ev sahibi Didivar kənd sakini, 1960-cı il təvvəllüd Nurəddin Tarverdi oğlu Allahverdiyev spirtli içki qəbul etdikdən sonra evini yandırıb.





Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi