Özbəkistan bankları "Mir" kartlarına xidməti DAYANDIRDI
Özbəkistan bankları 23 sentyabr saat 09:00-dan etibarən "Mir" ödəniş sisteminin kartlarına xidməti və "Uzcard-Mir" birgə nişanlı kartların xaricdə fəaliyyətini dayandırıb.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə "Uzcard" Vahid Respublika Prosessinq Mərkəzindən bildirilib.
"Bu qərar "Uzcard" ödəniş sistemi tərəfindən zəruri texniki prosedurların aparılması ilə əlaqədar qəbul edilib", – məlumatda deyilir.
Qeyd edək ki, martın əvvəlində "Uzcard" texniki işlərlə əlaqədar "Mir" kartlarının qəbulunu bir neçə gün müddətinə dayandırıb.
2019-cu ilin mart ayında "Mir" ödəniş sistemi və Özbəkistanın "Uzcard" şirkəti əməkdaşlıq müqaviləsi imzalayıb. Bu müqaviləyə əsasən, 2020-ci ildən Özbəkistandakı banklar "Mir" kartlarını qəbul etməyə başlayıb.
Bundan əvvəl bir sıra xarici banklar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisinin xəbərdarlığı ilə "Mir" kartlarının qəbulunun dayandırıldığını elan ediblər.
Sentyabrın əvvəlinə olan məlumata görə, Mir kartları 11 ölkədə, Türkiyə, Vyetnam, Cənubi Koreya, Ermənistan, Özbəkistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Cənubi Osetiya və Abxaziyada qəbul edilib.
Qeyd edək ki, "Mir" ödəniş kart sistemini 2015-ci ildə Rusiya təsis edib.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü