Özbəkistan Prezidenti Azərbaycana səfər edəcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq.
Bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
O, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.
"Tədbirin gündəliyinə Proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Etimad Fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üçün yol xəritəsinin qəbulu, biznes təşəbbüslərinin təşviqi və digər məsələlər daxildir", - məlumatda qeyd edilib.
Bu günlərdə Bakıda SPECA-nın bir sıra biznes tədbirləri, o cümlədən iqtisadi forum və Mərkəzi Asiya ölkələrinin sənaye potensialının sərgisi keçirilir. / azxeber.com

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda
Vardanyanın arvadı Bakıya gəlmək istəyir
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında