Özdağla əvvəldən razılaşmışdıq - Oğan
Türkiyədə sonuncu prezident seçkilərinin ilk turunda prezidentliyə namizəd olmuş Sinan Oğan onun namizədliyini irəli sürən "ATA İttifaqı"nın yaranması prosesi ilə bağlı detalları açıqlayıb.
KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Oğan ittifaqın əsas siyasi qüvvəsi olan Zəfər Partiyasının sədri Ümit Özdağla 8 ay əvvəldən bu barədə razılaşdıqlarını və namizədliyinin irəli sürüləcəyi barədə anlaşdıqlarını deyib.
"Özdağla 8 ay əvvəldən əl sıxmışdıq, razılaşmışdıq. Sonradan seçki ərəfəsində onun Mansur Yavaş və Muharrem İncenin namizədliyi ilə bağlı fikirlər səsləndirməsi mənim xaricimdə olan məsələlərdir. Niyə belə etdiyini bilmirəm", – o qeyd edib.
Xatırladaq ki, ilk turda Ümit Özdağ və partiyası "ATA İttifaqı" çərçivəsində Oğanın namizədliyini müdafiə etmişdi.//Modern.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi