Özünü anlaqsızlığa vuran birisinə inanmaq olarmı?

Özünü anlaqsızlığa vuran birisinə inanmaq olarmı?Özünü anlaqsızlığa vuran birisinə inanmaq olarmı?
Azərbaycan ikinci dəfə də vasitəçilərin humanitar atəşkəsə çağırışına biganə qalmadı, çağırışı edənlərə bir daha etimad göstərdi. 18 oktyabr saat 00-dan humanitar atəşkəs razılığı elan olundu. Rəsmi məlumatlara əsasən, Ermənistan bu dəfə də razılığı pozaraq mülki əhalimizə və yaşayış məntəqələrinə hücumlar edib, Tərtərə 160, Ağdama 63, Goranboya 6 mərmi atıb. Xızı rayonuna 1, Ağcəbədinin Poladlı kəndinə 2 raket hücumu edib. Dövlət sərhədində Gədəbəy və Tovuz rayonlarını iriçaplı artilleriya silahlarından atəşə tutub, cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətində hücuma cəhd edib, hazırda da atəşkəsi pozmaqda davam edir.
Azərbaycanın  həlledici Qələbə gününü ləngitmək, atəşkəs müddətində Ermənistana yeni silah-sursat gətizdirmək ,ordusunda və cəmiyyətindəki təlaşı səngitmək, toparlanmaq üçün Paşinyana hava-su kimi vaxt qazanmaq lazımdır. Oktyabrın 17-də İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibəsində Paşinyan belə deyib: "mən özümdən və beynəlxalq birlikdən soruşuram: bu terroristlərlə hansı atəşkəs haqda razılıq imzalaya bilərik? Hücuma biz məruz qalırıq, məhv edilmə təhlükəsi ilə üzləşən hər bir xalq kimi biz özümüzü müdafiə etməliyik".
Sizcə, bu, sağlam düşünmək qabiliyyəti olan birisinin müsahibəsinə bənzəyir?
Müsahibədən açıq şəkildə görünən odur ki, Paşinyanın özü də panik əhval-ruhiyyədədir. Nə danışdığının, nə dediyinin fərqində deyil. Ermənistan silahlı birləşmələrinin Qarabağda - Azərbaycan ərazisində nə azarı var ki, hücuma məruz qalsın?! Paşinyan ya öz avantüraları nəticəsində güdaza verdiyi yüzlərlə erməni gəncinin analarının amansız qisasından qorxduğu üçün stresə düşüb belə deyir, ya da ehtiyat edir ki, bu analar ondan Azərbaycan əsgərinin qarşısına şəxsən özünün çıxmasını tələb edəcək. Hər ikisinin nəticəsi əvvəlcədən məlumdur. Siyasi hakimiyyətin itirilməsi öz yerində. Sadəcə, ikinci halda Paşinyanın sağ qalma ehtimalı var. Amma onda da mülki əhalimizə qarşı törətdiyi vəhşiliyə, müharibə cinayətlərinə görə məhkəmə qarşısında dayanmalı olacaq.Azərbaycanda ölüm cəzası yoxdur. Bəlkə ona görə güman edir ki, vəkillərinin onun anlaqsız birisi olduğu barədə iddiaları məhkəmə tərəfindən qəbul ediləcək. Gəncədə, başqa şəhər və rayonlarımızda həyatlarına son qoyduğu uşaq, qadın, qoca, mülki əhaliyə qarşı etdiyi müharibə cinayətlərinin məsuliyyətindən yaxasını qurtara biləcək. Cinayət qanunvericiliyinə görə, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs anlaqsız hesab olunur, cinayət məsuliyyətinə cəlb edilmir. Hitler də insanlığa qarşı ölçüsüz vəhşiliklər törətmişdi, lakin anlaqsız deyildi. Paşinyan da anlaqsız deyil, baxmayaraq ki, bunu məhkəmə-psixiatriya ekspertizası müəyyən etməlidir. Məhkəmənin yerinə qərar vermək fikrində və səlahiyyətində deyiləm. Lakin açıq görünən odur ki, Paşinyan bütün əməllərini şüurlu şəkildə edir, törətdiyi cinayətlərin fərqindədir. Hitlerin cəsarəti çatdı, özü-öz başına bir güllə vurub həyatına son qoydu. Onun cinayətlərini XXI əsrdə təkrar edən Paşinyanın buna cəsarəti çatarmı?
Özünü anlaqsızlığa vuran birisi ilə atəşkəsə çağırış edənlər, Paşinyanın müsahibələri ilə tanış olub əvvəlcədən bilməlidirlər ki, o, heç bir razılığa sadiq qalmayacaq və onu mütləq pozacaq. Çünki Paşinyanın və hərbi-siyasi ətrafının başqa çıxış yolu qalmayıb. Belə olan halda, günahsız qurbanların məsuliyyətini kim daşıyacaq?
Milli Məclisin deputatı   
Ülvi Quliyev /oxu.az

Siyasi       Tarix: 19 oktyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava şou biznes xəbərləri apa.az xeberler ən son xəbər