Özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim etdi, taksi sürücüsünün telefonunu götürüb qaçdı
Özünü "Azəriqaz"ın əməkdaşı kimi təqdim edən şəxs taksi sürücüsünün telefonunu oğurlayıb.
azxeber.com bildirir ki, zərərçəkmiş Vasif Məmmədov Day.Az-a açıqlamasında hadisənin "Koroğlu" Metrostansiyasının ətrafında baş verdiyini deyib.
O bildirib ki, həmin şəxs telefonu ondan danışmaq üçün istəyib: "Axşam saatlarında bir nəfər maşına əyləşdi. Binə sürməyimi istədi. Qəsəbədə bir neçə ünvanda dayandıq. Özünü "Azərqaz"ın əməkdaşı kimi təqdim eedirdi. Daha sonra "Koroğlu" metrosuna gəldik. Metoya çatanda telefonumu istədi ki, zəng vursun. Məndə verdim. Danışa-danışa maşından düşdü. Anidən qaçmağa başladı. Maşını pis yerdə saxladığımı üçün arxası ilə qaça bilmədim".
Vasif Məmmədovun sözlərinə görə, həmin şəxs Binə qəsəbəsində qaz borcu çox olan obonentləri tanıyırdı. "Orada qaza çox borcu olan sakinlərdən pul aldı. Bir qadından 60 manat aldığını dəqiq bilirəm".
Qeyd edək ki, hadisə anı təhlükəsizlik kameralarına düşüb.
Zərərçəkmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edib. Fakt araşdırılır.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi