Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışdadır

Özünü FHN polkovniki kimi təqdim edən şəxs beynəlxalq axtarışdadırÖzünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovnik rütbəli əməkdaşı kimi təqdim edərək Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədlinin beynəlxalq axtarışa verildiyi məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov "Report"a bildirib ki, R.Əhmədli əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Onun sözlərinə görə, R.Əhmədli 2021-ci ilin noyabr ayından dələduzluq maddəsi ilə beynəlxalq axtarışa verilib: "Rasim Əhmədlinin yerinin müəyyən edilib saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir".
Xatırladaq ki, Türkiyənin Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktay sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, 2021-ci ilin avqust ayında Türkiyədə baş verən meşə yanğınları zamanı Azərbaycanın FHN-nin polkovniki Rasim Əhmədli rəhbərlik etdiyi heyətlə Marmarisə gələrək təbii fəlakətlə mübarizə aparıb. M.Oktay həmin şəxslə yenidən görüşdüyünü yazıb. Bələdiyyə sədri özünü FHN polkovniki kimi təqdim edən şəxə plaket təqdim edib və görüşdən çəkilən fotoları sosial şəbəkə səhifəsində paylaşıb.
Bələdiyyə sədrinin paylaşımından sonra Türkiyə mətbuatı məsələ ilə bağlı araşdırma aparıb. Məlum olub ki, heç bir mənbədə Azərbaycan FHN-də Rasim Əhmədli adlı şəxsin işlədiyinə dair məlumat yoxdur.
FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva da bildirib ki, həmin şəxs nazirlikdə işləmir.

Sosial       Tarix: 06 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda benzin bahalaşacaq? - Tarif Şurası qərar verə bilər

Dünyada enerji bazarlarında qeyri-sabitliyin davam etdiyi, bir sıra ölkələrdə yanacaq qiymətlərinin ardıcıl şəkildə artdığı bir vaxtda Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Qloba

Faciəvi şəkildə həlak olan DSX əsgərinin - Fotosu

Xəbər verdiyimiz kimi, Samux rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Vüsal Nəzərovun olduğu avtomobil sürüşərək çaya düşüb və o boğularaq həlak olub. "Qafqazinfo"y

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xalq şairi Nəriman Həsənzadə xroniki orqan çatışmazlığı diaqnozu ilə Mərkəzi Klinikaya qəbul edilib. xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Klinikadan məlumat verilib. Məlumata görə, Nəriman Həsənzadənin vəziyyəti ağı

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Dollarla bağlı kritik proqnoz verildi: manat üçün real ssenari açıqlandı

Dünyanın aparıcı banklarından olan "HSBC" ABŞ dollarının qarşıdakı dövrdə daha da bahalaşa biləcəyi barədə xəbərdarlıq edib. Bankın analitikləri hesab edirlər ki, ABŞ Mərkəzi Bankı (FED) sərt pul-kredit siyasətin

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Valideynlərə şad xəbər: Özəl bağçaların ödənişinin bir hissəsini dövlət qarşılayacaq

Azərbaycan Respublikası Prezidentinin məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiqi ilə bağlı Fərmanı ( )  bu sahədə əlçatanlığın artırılması istiqamətində atılmı

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler azerbaycan en son xəbərlər bugün cəbhədən son xəbər maraqlı xəbərlər