Özünüzü, övladlarınızı qoruyun ki...

Özünüzü, övladlarınızı qoruyun ki...İndiyə qədər dünyada 1 milyondan çox insan yeni tip koronavirus olan və Covid-19 adlandırılan virusa yoluxub. Eyni zamanda, bu yeni tip virus insanların əksəriyyətində çoxlu suallar doğurub. Elmi işləri davam etdirən mütəxəssislər deyirlər ki, belə virusu tamamilə anlaya bilmək indi hələ çox tezdir.
Dünyada gerçək fəlakətə çevrilmiş COVİD-19 koronavirusu ilə Azərbaycan da mübarizə aparır.
Ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Azərbaycanda 4369 nəfər karantindədir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.
Bu, statistikadır.
Reallıq isə daha acıdır, çünki vətəndaşlarımız arasında hələ də koronavirus təhlükəsinə inanmayanlar, çox məsuliyyətsiz davrananlar, özünün yoluxma riskini bilərəkdən artıran və bununla da ətrafındakılar üçün virus daşıyıcısına çevrilmə təhlükəsinə çevrilənlər var.
Onlar hələ də anlamırlar ki, coronavirus "masonların, imperialistlərin, böyük dövlətlərin qəsdən yaydıqları xəstəlik" deyil, oyun deyil, zarafat deyil.
Özünüzü, övladlarınızı qoruyun ki...Karantin rejimi qaydalarına məhəl qoymayan, bu rejimdə tətbiq olunmuş SMS icazəsi sistemini ələ salan laqeyd və məsuliyyətsizləri anladıq. Onların islah olunma, anlama, dərk etmək şansları var.
Lakin bir qrup adam da var ki, onların adekvat olacaqlarına, açığını desəm, ümidim çox azdır.
Bu insanlar Azərbaycanda tətbiq olunmuş karantin rejimini "tənqid" edir, "diktatura, insan haqlarının kobud pozuntusu" kimi qələmə verirlər. Bəziləri isə marazmın səviyyəsini daha da artıraraq "karantin rejimini pozanları cərimələmək adı ilə vətəndaşları qarət edirlər" deyirlər.
Absurd iddialar, aşkar demaqogiya olan ifadələr sosial şəbəkələrdə tirajlanır. Xüsusi canfəşanlıq göstərənlərsə ABŞ-da və Avropa Birliyi ölkələrində mühacir həyatı yaşayan, sifariş yerinə yetirən və özlərini "müstəqil bloqer" kimi qələmə verməyə çalışan kəslərdir.
Onların arqumentlərinə nəzər salaq və reallıqla müqayisə edək.
Özünüzü, övladlarınızı qoruyun ki...1. "Azərbaycan hakimiyyəti koronavirus bəhanəsi ilə xüsusi rejim tətbiq edib, bu diktaturadır". Dünyanın 97 (!) ölkəsində COVİD-19 koronavirus pandemiyası ilə bağlı olaraq sosial təcrid və karantin rejimləri tətbiq olunub. 52 ölkədə fövqəladə vəziyyət halıdır ki, onların sırasına bu gün Yaponiya da qatıldı. Azərbaycanda fövqəladə hal yox, karantin rejimi tətbiq olunub. "Tənqidçi"lər isə, əmin olun ki, bu rejim gerçəkləşməsəydi, sosial şəbəkələrdə vaysınma quracaq, "Baxın, görün, Azərbaycan hakimiyyəti üçün vətəndaşın sağlamlığı heç nədir, bütün demokratik ölkələrdə karantin rejimidir, bizdə yox" deyəcəkdilər.
2. "Belçikada, Belarusda, İsveçdə karantin rejimi yoxdur, bizdə də belə olsun". Bəli, İsveçdə, Belçikada və Hollandiyada karantin rejimi yoxdur. Habelə, Belarusda da. Lakin bu ölkələrdə koronavirus sürətlə yayılır, yoluxanların və ölənlərin sayı durmadan artır. Bu, öz yerində.
İsveçdə və ya Belçikada qanunlara sayğı, dövlət qurumlarının göstəriş və tövsiyələrinə şəksiz, sözsüz əməl etmək iliyə və qana işləmiş anlam, yaşam tərzi və davranış modelidir. Əfsuslar olsun ki, Azərbaycan barədə bunu deyə bilmərəm.
Və ən nəhayət, İsveç vətəndaşlarının orta yaşam səviyyəsi ilə Azərbaycan vətəndaşlarının aylıq gəlirləri, iki ölkənin büdcələri də eyni deyil.
3. ""Evdə Qal" deyirlər, amma günəmuzd işləyənlər necə evdə qalsınlar?" Çox asan. Dünyanın istisnasız olaraq, bütün ölkələrində bu rejim tətbiq olunub. Və sivil ölkələr təki, Azərbaycanda da dövlət karantin rejiminin tətbiqi ilə bağlı kiçik və orta sahibkarlara, vətəndaşlara dəyən maddi ziyanı maksimum yüngüllləşdirmək üçün zəruri tədbirlər görüb, görür və görəcək. Nazirlər Kabinetinin qərarı ilə vətəndaşlara və şirkətlərə toplam olaraq ən azı 2,5 milyard manat (!) məbləğində güzəştlərlə yardımların edilməsi nəzərdə tutulub. Bu olacaq. Eyni zamanda, müvəqqəti ictimai iş yerləri yaradılır, əhalinin həssas qruplarından olan tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənməsinin mexanizmi işə salınır, bir qrup mal və məhsul idxal gömrük rüsumundan azad edilir, karantin rejimində evdə olanların iş yerlərində ixtisar edilməsi qəti yasaqlanır və s.
Dünya bazarlarında xam neftin qiymətinin ciddi şəkildə ucuzlaşdığını və Azərbaycanın büdcə gəlirlərinin də azaldığını nəzərə alsaq, bu, çox ciddi addımlardır.
Özünüzü, övladlarınızı qoruyun ki...Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan verilmədi ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik.
Özünüzü, övladlarınızı qoruyun ki...... Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər. Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!"
Gerçəkdən də, belədir.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 07 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur

2025-ci ildə ilk dəfə bədxassəli yenitörəmə diaqnozu qoyulmuş 15 144 nəfər qeydiyyata alınıb. KONKRET.azxəbər verir ki, bu barədə -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumata görə, ilk dəfə diaqnoz qoyula

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə


azerbaycan xeberleri yeni xeberler son xeberler azerbaycan son xeber bugun en yeni xeberler sonxəbərlər en son xeberler bu gun