PA rəsmisi ermənilərin Qarabağdakı kilsələrə qarşı vandalizmindən danışdı - FOTO
PA rəsmisi ermənilərin Qarabağdakı kilsələrə qarşı vandalizmindən danışdı - FOTO
Erməni işğalından əvvəl Dağlıq Qarabağda pravoslav kilsələri var idi. Ancaq onlara necə münasibət göstərilməsinin özü maraqlıdır.
Azərbaycan Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov "Moskovski Komsomolets" qəzetində dərc olunan məqaləsində bu mövzudan bəhs edir.
"Qarabağın tarixi paytaxtı Şuşa şəhərində, XIX-cu əsrdə Müqəddəs Yəhya Vəftizçi Rus Pravoslav Kilsəsi tikildi. Bu kilsə şəhərin yerli sakinləri olan azərbaycanlılar Şuşada yaşadığı bütün illər ərzində - həm Rusiya İmperiyası, həm müstəqil Azərbaycan Demokratik Respublikası, həm Sovet Azərbaycanı, həm də 1991-1992-ci illərdə (Azərbaycan müstəqilliyi elan edildikdən sonra) Şuşa şəhəri işğal olunana qədər mövcud olub.
Bəs onların yeni erməni "sahibləri" nə etdi? Pravoslav günbəzi sökdü, kilsə erməni üslubunda yenidən quruldu və özününküləşdirildi", - deyə F. Axundov vurğulayır.
Bundan əlavə, o, ermənilərin Hadrut yaxınlığındakı pravoslav kilsəsini də dağıtdıqlarını vurğuladı.
"Ancaq Hadrut və ətrafı haqqında xüsusi olaraq qeyd etmək lazımdır. Burada, daha doğrusu, Hadrutun özündə deyil, yaxınlıqda, Kuropatkino kəndində rus pravoslav kilsəsi var idi. İndi isə o, belə görünür. Xeyr, bunlar müharibənin izləri deyil. Erməni işğalçıları onu sadəcə məhv ediblər", - deyə sektor müdiri məbədin xarabalıqlarını nümayiş etdirərək vurğulayıb.

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına