Pakistan prezidenti: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - YENİLƏNİB + VİDEO

Pakistan prezidenti: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - YENİLƏNİB + VİDEOPakistan prezidenti: "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" - YENİLƏNİB + VİDEO
Pakistana rəsmi səfəri çərçivəsində 14 yanvar 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə görüşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Pakistan Prezidenti Arif Alvi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi salamlarını çatdırıb və Azərbaycan dövlət başçısını Pakistanda qəbul etməkdən məmnunluq duyacağını bildirib. O, Azərbaycanın ərazilərinin işğaldan azad olunması və əldə olunan Qələbə münasibətilə təbrik edib.
Arif Alvi Qoşulma Hərəkatının Bakıda keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında iştirakını və bu zaman Azərbaycan Respublikasının Prezidenti ilə görüşünü xatırlayaraq, Azərbaycan dövlət başçısının uzaqgörən siyasətçi olduğunu xüsusilə vurğulayıb.
Hər iki ölkənin regional münaqişələrin beynəlxalq hüququn prinsipləri əsasında həllinə dair mövqeləri və bu xüsusda nümayiş olunan qarşılıqlı dəstək qeyd olunub. Pakistan Prezidenti, həmçinin ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, o cümlədən iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Ceyhun Bayramov, öz növbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını Pakistan dövlət başçısının diqqətinə çatdırıb. Pakistanın Azərbaycanın beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə verdiyi dəstəyi vurğulayan nazir, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə dost və qardaş ölkə Pakistanın nümayiş etdirdiyi birmənalı dəstəyə görə qarşı tərəfə təşəkkürünü ifadə edib.
Azərbaycanın Cammu və Kəşmir məsələsinin beynəlxalq hüquq norma və prinsipləri, həmçinin BMT TŞ qətnamələri əsasında həllini dəstəklədiyi və İslam Əməkdaşlıq Təşkilatının müvafiq kontakt qrupu çərçivəsində iştirakımız qeyd olunub.
Azərbaycanın işğal edilmiş ərazilərində bərpa və reabilitasiya işlərinin həyata keçirilməsindən bəhs edən Ceyhun Bayramov hazırkı mərhələdə dost ölkələrin bu fəaliyyətə cəlb oluna biləcəyini qeyd edib.
Görüşdə tərəflər ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qətiyyətli olduqlarını ifadə ediblər.
14:54
Pakistan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.
"Radio Pakistan" dövlət agentliyinin məlumatına görə, bu sözləri Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi İslamabadda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşü zamanı deyib.
Dövlət başçısı Dağlıq Qarabağın azad edilməsi münasibətilə Azərbaycan hökumətini və xalqını təbrik edib. O, Pakistanın Azərbaycanla ortaq inanc və mədəni əlaqələrə söykənən əlaqələrini yüksək qiymətləndirdiyini vurğulayıb, ikitərəfli əmtəə dövriyyəsinin artırılması, həmçinin mədəni və ticari əlaqələrin daha da genişləndirilməsinin zəruriliyini qeyd edib.

Azərbaycanın xarici işlər naziri öz növbəsində hər iki ölkənin ticarət və mədəni əməkdaşlığı genişləndirmək üçün böyük potensiala sahib olduğunu bildirib.
Ceyhun Bayramov Azərbaycanın Dağlıq Qarabağla bağlı mövqeyini dəstəklədiyinə görə Pakistana təşəkkür edib. O, ölkəsinin bütün beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanı dəstəkləməyə davam edəcəyini bildirib. /oxu.az

Siyasi       Tarix: 14 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən xəbər azerbaycanda son xeberler xeberler az ən son xəbər