"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama
5 oktyabr 2026-cı il tarixində, "Palmali" Şirkətlər Qrupu tərəfindən idarə olunan "Royad Mammadov" adlı gəmi, Ukraynanın İzmail limanından İtaliyanın Ravenna limanına səfər edərkən Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında pilotsuz uçuş aparatı (PUA) ilə hücuma məruz qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə "Palmali" Şirkətlər Qrupu məlumat yayıb.
"Hücumdan sonra gəmidə yanğın baş verdi və heyətin təxliyəsi üçün xilasetmə əməliyyatlarına başlanıldı.
Bu faciəvi hadisə nəticəsində iki dənizçimizin həyatını itirməsi bizi dərindən kədərləndirir. Heyətin digər üzvləri təhlükəsiz şəkildə təxliyə edilərək təhlükəsiz əraziyə çatdırılıb.
Həyatını itirən dənizçilərə Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarına başsağlığı verərək onlara səbir arzulayırıq. "Palmali" Şirkətlər Qrupu olaraq, həyatını itirən dənizçilərin ailələrinin yanındayıq; bütün zəruri dəstək göstərilir və onların ehtiyaclarının qarşılanması istiqamətində işlər diqqətlə həyata keçirilir.
Hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlarla əlaqəli şəkildə yaxından izlənilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Estoniya XİN başçısı Azərbaycana gəlir
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Rəşad Nəbiyev: 'İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
Bu vətəndaşların kredit borcu silinəcək
AccessBank-ın tərəfdaşlığı ilə "VətəndəSƏN" II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR
Türkiyənin tanınmış hakimi həbs edildi
"Bitcoin" 190 min dolları keçə bilər
Ağstafada iki qardaş kafedə xəsarət alıb