Pandemiya Ermənistanı dağıdır, Qarabağ xofu artır, kütləvi iğtişaşlara hazırlıq gedir - TƏHLİL

Pandemiya Ermənistanı dağıdır, Qarabağ xofu artır, kütləvi iğtişaşlara hazırlıq gedir - TƏHLİLPandemiya Ermənistanı dağıdır, Qarabağ xofu artır, kütləvi iğtişaşlara hazırlıq gedir - TƏHLİL
Koronavirus pandemiyası Ermənistanda siyasi proseslərə də mənfi təsir göstərir.
İqtisadiyyatı, resursları iflic vəziyyətində olan Ermənistanda Baş nazir Nikol Paşinyan hakimiyyəti üçün də real təhlükə yaranıb.
Əhalinin sosial gərginliklərdən dolayı etirazlarının yüksəldiyi bir zamanda Ermənistan hökuməti fəalları həbsə atır, bunu vəziyyətdən çıxış yolu kimi görür.
Ermənistan parlamentində təmsil olunan ikinci böyük siyasi qüvvənin - müxalif "Çiçəklənən Ermənistan" Partiyasının sədri Qaqik Tsarukyan Baş nazir Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edir.
O vurğulayır ki, ölkəyə investisiya yatırılmır, iqtisadiyyat inkişaf etmir, koronavirusla mübarizə uğursuzdur.
Bundan sonra isə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin oliqarx Q.Tsarukyanın malikanələrində axtarışlar aparması emosiyaları daha da qızışdırıb.
Rəsmi məlumata əsasən, Q.Tsarukyana məxsus bir sıra şirkətlərin qeyri-qanuni fəaliyyəti nəticəsində dövlətə on milyonlarla dollar ziyan vurulub.
Q.Tsarukyan bunu siyasi təqib kimi qiymətləndirib. O deyib ki, hazırda pandemiya ölkədə tüğyan edir, üç ay sonra aclıq başlayacaq.
Koronavirus pandemiyasının sosial problemləri daha da gərginləşdirməsinin səbəblərindən biri də səhiyyə sisteminin virus qarşısında acı məğlubiyyətidir.  
Belə bir məqamda Azərbaycanla Ermənistan arasında müqayisə aparmağa dəyər.
Azərbaycanda indiyədək ümumilikdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5948 nəfər müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib, 4588 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Nəzərə alaq ki, Azərbaycanın əhalisi 10 milyon nəfərdən çoxdur.
Üç milyona yaxın əhalisi olan Ermənistanda isə 18 min 577 yoluxma, 311 ölüm qeydə alınıb.
Azərbaycanda pandemiyaya qarşı ümumi xərclər 3.5 milyard manat, Ermənistanda isə 300 milyon dollar təşkil edir.
Azərbaycanda koronavirus xəstəsinin müalicəsinə günlük 50-150 manat civarında pul xərclənir, Ermənistanda isə belə bir rəqəm açıqlanmır.
ABŞ koronavirusla mübarizə üçün Azərbaycana 5.3 dollar, Avropa Birliyi -14 milyon avro ayırıb. 
Türkiyə Azərbaycana humanitar yardım, Çin isə tibbi-texniki yardım göstərir.  
Bununla yanaşı, Azərbaycan da öz növbəsində 30 ölkəyə yardım göstərib. Ermənistan isə heç bir ölkəyə kömək əlini uzada bilməyib, ancaq yardımlarla dolanır.
N.Paşinyan məlumat verib ki, ölkədə xəstəlik simptomlarını büruzə verməyən minlərlə xəstə var, onlar və digərləri özlərini qorumasalar, yoluxanların sayı kəskin şəkildə artacaq.
Onun sözlərinə görə, yoluxma halları artdıqca səhiyyə sistemi bunun öhdəsində gələ bilməyəcək və xüsusilə ağır vəziyyətdə olan xəstələrin sağlamlığı təhlükə ilə qarşılaşacaq, xəstəxanalarda yer olmayacaq.
Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan bildirib ki, ölkədə koronavirusun test edilməsi üçün istifadə edilən test çubuqları çatışmazlığı yaşanır. Pandemiyanın sürətlə yayıldığı bu mərhələdə ən sadə tibbi ləvazimat olan test çubuqlarının olmaması diqqətə alınarsa, xəstəliyə qarşı daha səmərəli mübarizə aparmaq üçün müasir tibbi avadanlıqlarla bağlı vəziyyəti təsəvvür etmək mümkündür.
Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı son günlərdə ölkə KİV-lərində N.Paşinyan hədəf olaraq seçilib və onun məsuliyyət daşıdığı bildirilir.
Yazılanları təhlil etsək görərik ki, Paşinyan faciəvi duruma görə məsuliyyəti Baş nazirin müavini Tiqran Avinyana və Səhiyyə naziri Arsen Torosyana yükləyəcək.
Ermənistanın sabiq İqtisadiyyat naziri Armen Yeqizaryan hesab edir ki, komendatura yenidən 14 günlük karantin elan edərsə, ölkə iqtisadiyyatı 700 milyon dollar itirəcək. Böyük ehtimalla, bu zaman iqtisadiyyatın yenidən canlanması ciddi problem olaraq hökumətin qarşısına çıxacaq.
Sabiq nazir bildirir ki, artıq ölkədə koronavirusa yoluxanların sayı o qədər artıb ki, alınan karantin tədbirləri belə arzu edilən nəticəni verməyəcək. Yeqizaryanın sözlərinə görə, son aylarda hökumətin tətbiq etdiyi anti- böhran proqramı maliyyə cəhətdən yetərli deyil və vətəndaşlar üçün ciddi nəticə vermir, onların sosial-iqtisadi problemlərini həll etmir.
Ölkə hər gün təxminən 51 milyon dollar zərərlə işləyir və bu, Ermənistan kimi kiçik bir dövlət üçün olduqca ciddi rəqəmdir.
"Yenidən iki həftəlik karantin tədbirləri alınarsa və pandemiyanın qarşısı alınmadığı təqdirdə karantin uzadılarsa, ölkənin zərəri ikiyə qatlanacaq, yəni 1milyard 400 milyon dollar olacaq", -deyə Yeqizaryan bildirib.
Ermənistandakı dramatik mənzərə fonunda Azərbaycanla bağlı da təşviş yaranıb, erməni cəmiyyəti Azərbaycan ordusunun Qarabağı işğaldan azad edəcəyindən xoflanırlar.
1993-1996-cı illərdə baş nazir olmuş Hrant Baqratyan Ermənistanda koronavirusun geniş yayıldığı dövrdə televiziya kanallarının birində verdiyi müsahibədə belə deyib:
"Mən Azərbaycanın yerində olsam, 3-4 ay sonra Ermənistan və Qarabağa hücum edərəm".
Bu ifadə erməni ictimai rəyində ciddi narazılığa səbəb olub. Aparıcının "Siz faktiki olaraq Azərbaycanla müharibədən danışırsınız?" sualına cavab verən Baqratyan koronavirus səbəbi ilə ölkənin zəiflədiyini, bu səbəblə də Azərbaycanın sadəcə Qarabağa deyil, Ermənistana da hücum edə biləcəyini bildirib. Baqratyan bu ifadəsindən sonra təhdidlər alır, bəzi "vətənpərvərlər" onu ölümlə hədələyir.
Ermənistanda koronavirus pandemiyasının geniş yayıldığı dövrdə tətbiq edilən məhdudiyyətlərə görə ölkə iqtisadiyyatının çökəcəyi barədə ehtimallar daha da artır və ekspertlər bu barədə fikirlərini bildirirlər.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, eks-deputat Araz Əlizadə Oxu.Az-a açıqlamasında deyib ki, hazırda Ermənistan çox bərbad vəziyyətdədir.
A.Əlizadə hesab edir ki, ictimai-siyasi emosiyaların qızışması fonunda kütləvi iğtişaşlara hazırlıq gedir.
"Müxalifət Paşinyanın korrupsiya sxemlərini ortaya qoyur. Ona görə də ötən gün hakimiyyət qorxuya düşərək, Qaqik Tsarukyanın deputat toxunulmazlığını aradan götürdü", - deyə A.Əlizadə əlavə edib.
Partiya sədri hesab edir ki, Ermənistan ordusunun döyüş hazırlığı çox aşağı səviyyədədir:
"Əgər müharibə başlasa, Ermənistan ordusu Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcək. Buna görə də Paşinyan Qarabağı itirəcəyindən qorxur, müxalifəti də neytrallaşdırmaq istəyir ki, ona qarşı təzyiqlər azalsın".
Aqşin Kərimov

Siyasi       Tarix: 22 iyun 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Azərbaycan, Gürcüstan və Türkiyənin Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən, ölkəmizdə icra olunacaq "Eternity-2026" kompüter dəstəkli komanda-qərargah təliminin əsas planlaşdırma konfrans

Hərbi əməliyyatlar aparılan ərazilərdə işləməyin - Rəsmi Bakı

Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətlər

Ceyhun Bayramov Moskvaya gedir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya səfər edəcək. Bu barədə Rusiya mediası ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb. Onun sözlərin

Tehran Vaşinqtonun bu əməlini PİSLƏDİ

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsini (BCM) ləğv etmək və ya onun fəaliyyətini məhdudlaşdırmaq istiqamətindəki planlarını kəskin şəkildə qınayıb. xəbər verir ki, İran xaric

Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi

IV Şuşa Qlobal Media Forumu növbəti dəfə göstərdi ki, Şuşa artıq təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də qlobal siyasi dialoqun və beynəlxalq media əməkdaşlığının mühüm platformalarından birinə çevrilib. Dünyanı

Fələstin dövlətinin Baş naziri Fəxri xiyabanı ziyarət etdi

Fələstin Dövlətinin Baş naziri Məhəmməd Mustafa iyulun 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib. KONKRET.azxəbə

İlham Əliyev Trampa təşəkkür etdi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. -ın məlumatına görə, bununla bağlı dövlət başçısının sosial media hesablarında paylaşım edilib. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Breitbart"

ABŞ İrana qarşı yeni hücum dalgasına başladı

ABŞ qüvvələri İrandakı hədəflərə qarşı gün ərzində ikinci dəfə hava əməliyyatına başlayıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaydığı bəyanatda bildirilir ki, hücumlar yerli vaxtla saat 15:00-da start götürüb. KONKRET.azxəbə

İlham Əliyev və Slovakiya Prezidenti Şuşada mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. KONKRET.azxəbər verir ki, əvvəlcə Azərbaycan Prezident


azerbaycan xeberleri yeni xeberler son xeberler ən son xəbərlər bugün son.xeberler cəbhədən son xəbərlər son xəbərlər azərbaycanda