Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİL

Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİLPandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİL
Bütün dünyanı cənginə alan koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Hələ ölkədə virusa yoluxma faktı aşkarlanmazdan öncə bir sıra qabaqlayıcı tədbirlər görülürdü. 2020-ci ilin fevral ayında ölkə ərazisində ilk koronavirusa yoluxma faktı aşkarlandı və ölkə ərazisində karantin rejimi tətbiq edildi.
Pandemiya ilə mübarizə çərçivəsində müxtəlif istiqamətlərdə atılan tədbirlərin nəticəsi olaraq Azərbaycan bu günə qədər koronavirus pandemiyasından ən az zərər görmüş ölkələrdən biridir.
Baxmayaraq ki, 2020-ci ilin noyabr-dekabr aylarında yoluxmaların sayında artım müşahidə olundu, görülən tədbirlər nəticəsində bu gün yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika isə ölkədə koronavirus xəstəliyinin bundan sonra da ciddi nəzarət altında saxlanacağına dəlalət edir.
Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİLKarantin rejimi tətbiq edildikdən sonra müşahidə edilən müsbət dinamika əhali arasında da müəyyən mənada rahatlıq yaratdı. Xəstəliklə mübarizə çərçivəsində ölkə başçısı İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, əksər xəstəxanalar koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı.
Prezident İlham Əliyev çıxışlarında prinsip etibarilə bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib:
"Bütün təşkilati məsələlər lazımi səviyyədə görülməli idi və biz buna nail olduq. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq. Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik. Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik.
Eyni zamanda, modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Qabaqlayıcı tədbirlərdə bütün bu amillər nəzərə alındı. Biz ən kritik ssenariyə də hazır olmalıyıq. Məhz belə operativ, çevik və məqsədə hesablanmış addımlar nəticəsində bu gün xəstəlik nəzarət altındadır. Bütün bu addımlar, əlbəttə, imkan verir ki, biz bu vəziyyətdən şərəflə çıxaq, insanlarımızı qoruyaq".
Pandemiyaya qarşı mübarizə zamanı Azərbaycan həm ölkə daxilində, həm də beynəlxalq arenada operativ tədbirlər görüb. Dünyada vaksinləmə prosesi başlayıb və Azərbaycan bu prosesə qoşulan ilk ölkələrdən biridir.
Belə ki, Azərbaycan ölkələrin vaksinlərə ədalətli istifadə imkanını təmin etmək üzrə Ümumdünya Səhiyyə Təşkilatının iştirakı ilə beynəlxalq "COVAX" təşəbbüsünə ilk qoşulanlardan biri olub. Hətta COVİD-19-la effektiv mübarizədə "Azərbaycan nümunəsin"dən faydalanan ölkələr belə var.
Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİLHazırda respublika üzrə yoluxma sayı 234 min 537 nəfərdir. Ölkə üzrə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 3 min 220 nəfər, ümumi sağalanların sayı 228 min 768 nəfərdir. Aktiv xəstələrin sayı isə 2 min 549 nəfərdir.
Cənubi Qafqazda koronavirusa qarşı peyvəndləmə prosesi başlayan birinci ölkə məhz Azərbaycan oldu. Ölkədə peyvəndləmə prosesi yanvarın 18-də başlayıb. Bu isə Avropada başlanan vaksinasiya prosesindən cəmi bir ay sonraya təsadüf edir.
Vaksinasiya prosesi Çində istehsal edilən "CoronaVac" peyvəndi ilə aparılır.
"CoronaVac" peyvəndinin 4 milyon dozasının alınması barədə kontrakt bağlanıb. Vaksinasiya prosesi strategiyaya uyğun şəkildə aparılır. Bu istiqamətdə bütün imkanlardan istifadə edilir.
Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİLÖlkə başçısı İlham Əliyev də yerli və xarici media nümayəndələri üçün keçirilən 4 saat davam edən mətbuat konfransında da bu mövzuya toxunub. Prezident bildirib ki, biz Çində istehsal edilmiş "CoronaVac" peyvəndi ilə vaksinasiya aparırıq:
"Deməliyəm ki, biz həm də lap əvvəldən "COVAX" layihəsinə qoşulmuşuq. Bu layihə üzrə biz "AstraZeneca", "Pfizer" və "Moderna" peyvəndlərini də almalıyıq. Bundan əlavə, biz Azərbaycana "AstraZeneca" vaksininin göndərilməsi barədə lap ilk günlərdən Rusiya tərəfi ilə müvafiq sənədlər imzalamışıq. Ona görə ki, Rusiya şirkətləri postsovet məkanında bu vaksinin, həmçinin "Sputnik" vaksininin distribüterləridir. Lakin hələlik bu vaksinlər bizə daxil olmayıb. Bizdə olan məlumata görə, "Sputnik" vaksini hələlik Rusiyanın daxili ehtiyaclarını təmin edir və xarici ölkələrə bu vaksin çox məhdud miqdarda göndərilib.
Mənə hər gün məruzə edirlər ki, bəzən gündə 15-20 min nəfərə peyvənd vurulur. Yəni, bu istiqamətdə bütün imkanlardan istifadə edəcəyik. Bunun üçün müvafiq maliyyə vəsaitləri ayrılıb. Sadəcə, vaksinlərin istehsalçılardan gəlməsini gözləyəcəyik".
Belə ki, indiyənədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 273 min 198 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya prosesi bütün bölgələrdə uğurla davam etdirilir.
Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİLXatırlatmaq yerinə düşər ki, Azərbaycan beynəlxalq səviyyədə, o cümlədən Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs irəli sürərək BMT Baş Assambleyasının COVID-19-a həsr edilmiş xüsusi sessiyasının keçirilməsini təklif edib. Məhz bu təklif 150-dən çox ölkə tərəfindən dəstəklənib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həmin iclasda vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsünə, bu məsələdə proteksionizm, millətçiliyin olmaması ilə bağlı fikri önə çıxarmışdı.
Bu gün bir çox ölkələr onlara lazım olandan 3-4 dəfə çox vaksin aldıqları üçün Afrika və digər ölkələrin vaksin almaq imkanları aşağı düşür, hətta ala bilmirlər.
Pandemiya ilə mübarizə çərçivəsində belə Azərbaycan rəhbərliyi sözdə bərabərlik, insan haqları, demokratiya tərəfdarları kimi çıxış edən, praktikada isə milyonlarla insanın, yoxsul ölkələrdə yaşayan və buna imkanı olmayan insanların hüquqlarını tapdalayan ölkələri ədalətli olmağa çağırıb.
Pandemiya ilə düzgün mübarizə: "Azərbaycan nümunəsi"nin qazandırdığı uğurlar - TƏHLİLAzərbaycanın dünyada vaksinlərin ədalətli bölgüsü ilə bağlı qlobal təşəbbüsləri də öz növbəsində digər ölkələr tərəfindən dəstəklənib.
Bütün mövzularda olduğu kimi dünyanı cənginə alan koronavirus pandemiyası məsələsində də Azərbaycan həm milli mənada, həm də bu gün üzvlərinin sayına görə dünyada BMT-dən sonra ikinci beynəlxalq qurumda sədrlik edən ölkə kimi prinsipiallıq göstərir.

Sosial       Tarix: 01 mart 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal futbol xeberleri hava proqnozu sonxeber az