Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDI

Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDICOVİD-19 dünya, eləcə də Azərbaycan iqtisadiyyatını böyük sınaq qarşısında qoydu. Dünyanın ən güclü iqtisadiyyatına malik ölkələri belə bu gün COVİD-in zərərlərini yığıb-yığışdıra bilmirlər. İkinci dalğa ilə üz-üzə olan Avropadan fərqli olaraq Azərbaycan iqtisadiyyatının daha az zərərlə xilas olması üçün variantlar gözdən keçirilir.
Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDIKarantin rejiminin tətbiq olunması iqtisadiyyatın müxtəlif sektorlarına, eləcə də ticarət şəbəkələrinin iş rejiminə böyük təsir göstərdi, ölkəmizdə iri ticarət mərkəzlərinin fəaliyyəti tamamilə dayandırıldı. Belə vəziyyətdə bir çıxış yolu qalır.
İqtisadçı-ekspert Elmir Səfərli Milli.Az-a açıqlamasında pandemiyanın iqtisadiyyata zərərlərini azaltmaq üçün həmin çıxış yolundan danışıb:
Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDI"Aydındır ki, qloballaşma erasında informasiya texnologiyaları ölkələrin iqtisadiyyatına da keçid edib. İnformasiya texnologiyalarının inkişafı, yeni iqtisadi model olan kiberiqtisadiyyat ve kiberbiznesin yaradılmasını məcburi hala gətirib. Azərbaycan daxil, bütün ölkələr artıq bu istiqamətdə ciddi addımlar atır və kiberbizneslərin, kiberiqtisadiyyatın yaradılması üçün zəruri fundamental strategiyalar ortaya qoyur. Fevral ayından başlayan ağır pandemiya şərtləri fiziki olaraq bir çox bizneslərin fəaliyyətini dondurdu. Bu baxımdan informasiya texnologiyalarından istifadə edilərək yaradılan biznes həllər aktuallaşmağa başladı. Məsələn, bir çox ticarət obyektləri fiziki olaraq fəaliyyət göstərə bilmədiyi üçün onlayn tətbiqlərini yaratmağa başladı. Və insanların bu xidmətlərdən istifadə sayı artırıldı.
Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDIAlış-veriş mərkəzləri, geyim mağazaları, restoranlar, hətta apteklər belə onlayn tətbiqlər vasitəsilə fəaliyyətini durdurmadan sürdürmə imkanı qazandı. Ümumiyyətlə, onlayn tətbiqlər vasitəsilə fəaliyyətin bir çox müsbət tərəfləri mövcuddur. İlkin olaraq, ticarət obyektləri ilə yanaşı daşıma xidməti göstərən şirkətlər, müxtəlif texnologiyalar şirkətləri və digər əlaqəli fiziki və hüquqi şəxslər də fəaliyyət göstərirlər. Bu isə müəyyən qədər də olsa pandemiya dövründə onlayn iqtisadiyyatın formalaşması deməkdir. Digər tərəfdən müəyyən müddət sonra insanlar onlayn alış-veriş xidmətlərinə daha çox üz tutacağı üçün bu proses sürətləndi. Məsələn, 15 il əvvəl insanlar kommunal xərcləri bankla və ya poçtla ödəyirdilərsə, indi, demək olar, əhalinin əksəriyyəti kommunal xərcləri onlayn tətbiqlər vasitəsilə ödəyir. Ticarət də belədir. İstər qida, istər geyim, istərsə də digər alış-veriş sahələri üzrə onlayn proqramlar və tətbiqlərin formalaşması gələcəkdə hər kəsin rahat bir şəkildə, heç bir yerə getmədən alış-veriş etməsini zəruri hala gətirəcəkdir. 
Pandemiyadan iqtisadiyyatı xilas etməyin yeganə yolu - Ekspert DANIŞDITəbii ki, burada diqqət olunacaq xüsusi məqamlar mövcuddur. Belə ki, bu tip onlayn tətbiqlərin həyata keçirilməsi üçün dövlət tərəfindən xüsusi olaraq informasiya texnologiyaları sahəsində güclü fundamental baza formalaşmalıdır. Eləcə də, onlayn alış-verişin aparılması, onlayn ödəmələrin  həyata keçirilməsi üçün onlayn bank sistemlərinin fəaliyyəti artırılmalıdır. Digər tərəfdən, onlayn fəaliyyət göstərən yeni startaplara dövlət tərəfindən xüsusi güzəştli kreditlər və ya investisiyalar ayrılmalı, müəyyən vergi və s. ödəmələrdə xüsusi güzəştlər tətbiq edilməlidir".
Təhməz Əsədov
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou valyuta son.xeber sonxeberler