Pandemiyadan sonra dünyanı gözləyən İKİ SSENARİ: peyvənd olmasa...
Birləşmiş Millətlər Təşkilatı koronavirus pandemiyasından sonra dünyanı gözləyən iki ssenarini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş danışıb.
İsveçin "Aftonbladet" telekanalına açıqlama verən baş katibə görə, birinci müsbət ssenaridə ölkələr mövcud vəziyyətlə mübarizə apara bilir, şimal ölkələrinin uğurlu şəkildə normallaşma planı hazırlanacağı, inkişaf etməkdə olan ölkələrin isə yardım ala biləcəyi proqnozlaşdırılır.
COVID-19 peyvəndinin 9 ay ərzində hazırlanacağı və ona hər kəsin əlinin çata biləcəyinə ümid etdiyini bildirən Quterreş hadisələrin bu istiqamətdə getməsi və iqtisadiyyatın dirçəlməsi təqdirində, 2-3 il sonra dünyanın əvvəlki vəziyyətinə qayıdacağını qeyd edib.
Onun sözlərinə görə, ölkələrin planlarını koordinasiya etməməsi pandemiyadan sonra mənfi ssenari ortaya qoyacaq. Bu ssenariyə yeni epidemiyaların yayılması da daxildir. Peyvənd üzərində işlərin uzun müddət davam etməsi və ya bu işdə rəqabətin başlanması ilə yanaşı, iqtisadi baxımdan daha güclü ölkələrin faydalanmasının vəziyyəti daha da pisləşdirəcəyi ehtimal edilir.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib